Məhkəmə qərarları › İş №8(031)-149/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №8(031)-149/2025

17.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 8(031)-149/2025 17.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakları ilə, Qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə Tələbkar ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şabran rayon Məhkəməsinin 2(031)-1329/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu hər ayda 110 manat sabit pul məbləğində aliment tutulub 16 iyun 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi qət edilmişdir. Ərizəsi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayon məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2 (031)-1329/2017 saylı qətnaməsinə əsasən 16 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ayda tutulan 110 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh Borclu ilə nikahlarını 18 avqust 2007-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 16 iyun 2008-ci il təvəllüdlü X6 olmuşdur. Borclu ilə xasiyyətləri uğun gəlmədiyindən ayrılmışlar. Şabran rayon məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2 (031 )-1329/2017 saylı qətnaməsi ilə 16 iyun 2008-ci il təvəllüdlü X1 üçün Xaçmaz rayon məhkəməsinin 25 sentyabr 2012-ci tarixli 2 (067)-1411/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş 70 manat məbləğində alimentin məbləği artırılaraq Borclu hər ayda 110 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırki vəziyyətdə 16 iyun 2008-ci il təvəllüdlü X2 üçün Borclu tutulan 110 manat sabit pul məbləğində alimentin 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinə indeksasiya edilməlidir. Cavabdehin ödədiyi aliment ilə uşağın saxlanması artıq mümkün deyildir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında maddi imkanının olmadığını, imkanı çatdığı məbləğdə aliment ödəməyə etiraz etmədiyini bildirdi. İcra işi üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəçinin və borclunun izahatlarını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikasında 2017-ci il üçün minimumu əmək haqqı 116 manat məbləğində müəyyən edilmişdir. Şabran rayon Məhkəməsinin 2(031)-1329/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən bir uşaq üçün ayda 110 manat aliment müəyyən edilmişdir. Belə olan halda, ərizə təmin edilməli, Şabran rayon Məhkəməsinin 2(031)-1329/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 16 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 0.95 misli həddində indeksasiya aparılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şabran rayon Məhkəməsinin 2(031)-1329/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 16 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 0.95 misli həddində indeksasiya aparılsın. Qərardadın icrası Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar