Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-10/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-4021/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2019-cu il tarixli qərarının qanunsuz hesab olunmaqla ləğv edilməsi, icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-4021/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə 2728,95 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun borclu X2 tutularaq bankın xeyrinə ödənilməsi qərara alınmış və icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kreditor "xxxx" ASC-nin Şirvan filialının rəhbərliyinin ərizəsinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)- 4021/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC xx.xx.2024-cü il tarixdə şikayət ilə müraciət edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-4021/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə 2728,95 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun borclu X2 tutularaq bankın xeyrinə ödənilməsi qərara alınmış və icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə tərəflərindən təqdim edilən məktubda qeyd edilən siyahı üzrə icra məmuru Qalib Şirinov tərəfindən həmin icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixli qərarla xitam verilmişdir. X3 Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-4021/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 1886,52 manat təşkil edir və həmin tarixdən bəri tam icra edilmir. İcra məmuru tərəfindən təqdim edilən məktub mahiyyəti üzrə düzgün təhlil edilməmiş və beləcə əsassız şəkildə iş üzrə icraata xitam verilmişdir. Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında iştirak edərək şikayətin əsassız olduğunu, bankın səlahiyyətli nümayəndəsinin müraciəti ilə icraata xitam verildiyini və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 "xxxx" ASC-yə müvafiq hesab üzrə aktiv borcu 1886,52 manat təşkil edir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, kreditor "xxxx" ASC-nin Şirvan filialının rəhbərliyinin xx.xx.2019-cu il tarixli, məktubuna əsasən borclu X5 barəsində olan icra sənədinin icraatına xitam verilməsi barədə ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi Hikmət N.Qafarov tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, X5 barəsində xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki iş üzrə tələbkar "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi Hikmət N.Qafarov tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsinə dair” məktubuna əsasən X5 barəsində xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xitam verilməsini xahiş etmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmənin qənaəti belədir ki, icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən də "xxxx" ASC-nin şikayəti təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)- 4021/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2019-cu il tarixli qərarının qanunsuz hesab olunmaqla ləğv edilməsi, icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan şikayət qərardad təqdim edildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-10/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-10/2024
09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver