Məhkəmə qərarları › İş №8(032)-10/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-10/2025

05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-10/2025 05.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov xəlil Elşən oğlunun katibliyi ilə , Borclu məxsus “Mercedes-Benz R350” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qərardadına əsasən Borclu məxsus “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimat ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)- 25/2024 saylı qərardadına əsasən Borclu məxsus “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin ******* nömrəli xx.xx.2023-cü tarixli icra vərəqəsinə əsasən Borclu 3500 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu mülkiyyətində “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və tələb Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qərardadı ilə həmin avtomobilə yönəldilmişdir. İcra sənədində göstərilən tələb tam olaraq ödənilmişdir. Məhkəmə iclasına borclu, tələbkar və icra məmuru gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2023-cü tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Borclu məxsus “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla, həmin avtomobil Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin ******* nömrəli xx.xx.2023-cü tarixli icra sənədi üzrə tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən Borclu barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin bank hesabına ödənilməsi təmin edilmişdir. Beləliklə məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlmişdir ki, İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına əsasən borclu tərəfindən icra vərəqəsi üzrə ödənilməli olan borc məbləği tam ödənildiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qəradadına əsasən Borclu məxsus “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 269-cu maddələrinə əsasən QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qərardadına əsasən Borclu məxsus “Mercedes Benz R350” markalı 24 BE 44 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar