Məhkəmə qərarları › İş №8(032)-100/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-100/2024

07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-100/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)- 140/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1997-ci ildə anadan olmuş və Şirvan şəhəri, X4 küç, ev 3 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 10552.07 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş təqdimat vermiş şəxs, tələbkar və borclu məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, GTKP3199762A157 saylı kredit müqaviləsinə əsasən 7481,71 manat əsas, 537,04 manat faiz, cəmi 8018.75 manat, xx.xx.2019-cu il tarixli, BBLK1678770A157 saylı kredit müqaviləsinə əsasən 1931,17 mənət əsas, 480,86 manat faiz,cəmi 2412,03 manat və 121,29 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx"ASC-yə verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə verdiyi yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra vərəqəsi üzrə borcdan xəbərdar olmamışdır. Borcu xəstəliyi, daimi iş yerinin olmaması və borcunun olması barədə məlumatı olmadığından ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günədək 465 manat ödəniş etmişdir. Hər ayın 5-10-da ***-**** manat məbləğində ödəniş edəcəkdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Tələbkar "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədi üzrə 10087 manat 12 qəpik məbləğində borcunun qalması bildirilmişdir. Aparılmış araşdırmalara əsasən Borclu tez-tez respublika sərhədlərindən kənara çıxması müəyyən olunduğundan və borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayındığından borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq təqdimatla məhkəməyə müraciət olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-140/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar