Məhkəmə qərarları › İş №8(032)-102/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-102/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-102/2023 29.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Borclu məxsus ünvan 1 ünvanında yerləşən “torpaq sahəsinin üzərindən həbsin götürülməsi” barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 8(032)-60/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Borclu məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifov təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsaslanaraq, Borclu mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatında olan, Şirvan şəhər Məhkəməsinin 2(032)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədində sadalanan cehiz əmlaklar, özləri olmadıqda onların pul ilə dəyəri alınaraq, Borclu alınaraq Tələbkar verilməlidir. Əmlaklar borcludan götürülərkən tələbkara məxsus dəyəri 1994 manat olan cehiz əşyalarının olmadığı müəyyən olunmuşdur. İcra tədbirləri zamanı Borclu mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin olduğu məlum olmuş və tərəfindən verilmiş təqdimat əsasında Şirvan şəhər Məhkəməsinin 8(032)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı torpaq sahəsinin üzərinə həbs qoyulmaqla tələb borcluya məxsus əmlaka yönəldilmişdir. Belə ki, Borclu tərəfindən borc tam olaraq ödənilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan icra məmurunun təqdimatına baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, 2(032)-171/2020 saylı icra vərəqəsi üzrə Borclu tərəfindən ona ödənilməli olan pul vəsaiti tam şəkildə ödənilmişdir. Bu səbəbdən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun xx.xx.2023-cü il tarixli qərarı ilə Tələbkar ərizəsi nəzərə alınaraq Şirvan şəhər Məhkəməsinin 2(032)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar ərizə ilə müraciət edərək, borclu tərəfindən icra vərəqəsi üzrə ona ödənilməli olan borc məbləğinin tam ödənildiyini bildirdiyindən, Şirvan şəhər Məhkəməsinin 8(032)-60/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət qalmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 8(032)-60/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar