Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-102/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, X1 iştirakı ilə , Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra üsulunun dəyidirilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra üsulunun dəyidirilərək borclunun pensiya təminatının 10 % məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3i tərəfindən təqdim edilən 81- 2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və X2 1202.98 manat pul vəsaiti tutulmalı və Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Hal-hazırda həmin icra sənədi üzrə tələb X3 əlilliyə görə aldığı pensiya təminatına yönəldilmiş və vaxtaşırı tutulmaların aparılması yolu ilə icra edilir. İcra sənədi tərəfindən könüllü şəkildə icra edilməsinə baxmayaraq heç bir əsas olmadan məcburi icra tədbirləri tətbiq edilmiş, nəticədə bu da maddi olaraq ciddi sıxıntılara yol açmışdır. Tutulma faizinin aşağı salınması üçün dəfələrlə icra qurumuna və tələbkar təşkilata müraciət etsə də, müraciətləri təmin olunmamışdır. Hal-hazırda özü heç bir rəsmi əmək fəaliyyəti ilə məşgul deyil, digər borclu isə iflic olmaqla ağır xəstəlikdən əziyyət çəkir və özünün də böyük məbləğdə kredit öhdəliyi var. Hazırda bəhs olunan tutulmalarla bağlı əldə qalan məbləğin ölkə üzrə bir yetkin şəxs üçün belə müəyyən olunmuş yaşayış minimumunu ödəməyə kifayət etməməsi borclunun həyatına maddi olaraq qəsd etmiş olur. Nə onun, nə də digər borclunun adına mülkiyyət hüququ ilə rəsmiləşdirilən hər hansısa daşınar və ya daşınmaz əmlak, eyni zamanda xüsusi qiymətli əşya yoxdur. Hazırkı gün sözügedən icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiq edilməsi hər iki borclunun əmlak, ailə, sağlamlıq vəziyyətinə olduqca mənfi təsir göstərməklə həyatın sosialiqtisadi tarazlığını əhəmiyyətli dərəcədə pozur. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkarın nümayəndəsi məhkəməyə gəlməmiş,ərizə göndərərək ərizənin təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X5 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri Nərimanov rayonu X12 küçəsi, ev 42 ünvanında yerləşən Tələbkar ASC-nin (Vöen:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan X6 MK/79976/73/26 nömrəli müqaviləyə müddət üçün vaxtında ödənilməmiş 910 manat 90 qəpik , 292 manat 08 qəpik məbləğində cərimə peniya, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1227 manat 98 qəpik məbləğində nömrəli müqaviləyə əsasən pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Tələbkar ASC-nin X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3i tərəfindən təqdim edilən 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb digər borclunun pensiya təminatına yönəldilməklə icra edilir. Cari tarix üçün həmin icra sənədi üzrə qalıq borcunuz 823 manat 42 qəpik təşkil edir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Qasım Qasımov tərəfindən verilmiş ərizədən görünür ki, icraatınızda olan 8(032)-102/2024 nömrəli iş üzrə X1 vəsatətində qeyd etdiyi dəlillərlə razı deyillər. Belə ki, ünvan 3inin xx.xx.2023-cü il tarixli, 8İ-2638 saylı icra sənədi son 1 (bir) il ərzində heç bir həcmdə icra edilməmişdir. Həmin müddət ərzində iş üzrə əsas X4 ilə davamlı əlaqələr saxlanılmış, daxili güzəşt imkanları barədə məlumat verilmiş, icra sənədini könüllü icra etməs tövsiyə olunmuşdur. Göstərilən tədbirlər nəticə vermədiyindən tələb məcburi icra tədbiri qismində iş üzrə digər borclu X3 pensiya təminatına yönəldilmişdir. Turalın aylıq pensiya təminatı 681 manat məbləğindədir ki, ondan hazırkı tələb üzrə vaxtaşırı tutulmaların həcmi 204 manat təşkil edir. Qalan məbləğ yaşayış minimumunun həcmini böyük ölçüdə aşdığından hesab edirlər ki, icra sənədinin hazırkı üsulla icrası tərəflərin mühüm maneflərinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc məbləği digər borclu X3 pensiya təminatına yönədildiyindən və ərizəçinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi əsassızdır. Belə ki, iş materialları ilə ərizəçinin ərizənin verilməsi ilə bağlı subyektiv hüquqları müəyyən edilməmişdir. Həmçinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə borclular tərəfindən ödənilməli olan 823 manat 42 qəpik məbləğində pulun digər borclunun pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin verilməsi ilə bağlı subyektiv hüquqları müəyyən edilmədiyindən, həmçinin borclular tərəfindən ödənilməli olan məbləğ kifayət qədər yüksək olduğundan və icra sənədinin ərizədə göstərilən qaydada icra edilməsi icra qeydinin uzun müddətdə icra edilməsi ilə nəticələnərək tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə alınmalı olmasını nəzərə alaraq icra qeydinin icra üsulunun dəyidirilməsi dəyişdirilməsi barədə ərizənin təmin edilməsi üçün əsaslı saymır. MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra üsulunun dəyidirilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-102/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-102/2024
22.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver