Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-106/2024 20.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Şikayət vermiş şəxs "xxxx" ASC-nin Şirvan filialının hüquqşünası Nümayəndə , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASCnin Şirvan filialının direktoru vəzifəsini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icraata xitam verilmişdir. Şikayət vermiş şəxs "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifəsini icra edən Qasım Qasımov şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-591/2017 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə 1785.60 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun Borclu tutularaq ödənilməsi əmr edilmişdir. Borclunun etirazı əsasında sözügedən əmr məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə ləğv edilmiş və materiallar iddia icraatı çərçivəsində araşdırılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-591/2017 Nəoli qətnaməsi ilə iddia tələbi 1652.47 ABŞ dolları həcmində təmin olunmuşdur. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-538/2018 nömrəli qətnaməsi ilə təmin edilməmiş və iş üzrə icra vərəqəsi Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-591/2017 nömrəli qətnaməsi əsasında verilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Qalib Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla həmin icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə (icra sənədi tam icra olunduqda) xitam verilmiş, qərar onun verilməsinə əsas olmuş sənədlə (təqdim olunan xx.xx.2019-cu il tarixli ərizə) birlikdə məhkəməyə göndərilmişdir. Lakin qəbul edilən qərar qanunla müəyyən olunan prosessual müddət ərzində onlara təqdim edilmədiyindən onu mübahisələndirmək imkanı olmamışdır. Qərarın təqdim edilməsi üçün icra qurumuna xx.xx.2024-cü il tarixli, 413/2024/ŞRF reyestr nömrəli ərizə ilə müraciət etsələr də, müraciətlərinə hər hansı bir cavab məktubu ilə reaksiya verilməmişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli lcra sənədi üzrə icraata xitam verilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2019-cu il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, borclunun Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 2(032) 591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən aktiv borcu cari tarix üçün 824.63 (səkkiz yüz iyirmi dörd dollar, altmış üç sent) ABŞ dolları təşkil edir və həmin tarixdən bəri heç bir həcmdə icra edilmir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş, tərəfimizdən təqdim olunan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə bəzi şəxslərin adlı siyahısı təqdim edilmiş və həmin şəxslərin barələrində icra olunan icra sənədləri üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Sözügedən ərizənin məzmunundan eyni zamanda müəyyən olunur ki, Borclu adı təqdim olunan siyahıda yoxdur və onun borclu olduğu icra sənədi üzrə icraata xitam verilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən xahiş edilməmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli əmri ilə Borclu 1785,60 ABŞ dolları məbləğində pul vəsitinin tutulması əmr edilmişdir. Borclu həmin əmrdən etiraz vermiş və iş iddia icraatına keçirilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli qətnamə çıxarılmış, həmin qətnamədən Borclu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Yekun olaraq Şirvan şəhər Məhkəməsinin qətnaməsi icraya yönəlmişdir. İcra məmuru Qalib Şirinov tərəfindən xx.xx.2019-cu il tarixli qərarla heç bir əsas olmadan həmin icra sənədinə xitam verilmişdir. Hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata daxil olduqdan sonra icraata başlanılmışdır. Tələbkarın ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Hesab edir ki, tələbkarın ərizəsində icra işinin nömrəsi göstərilmədiyindən və borcluların adları arasında oxşarlıq olduğundan , X1 adı ilə səhv salmış və nəticədə səhvən icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin bildirdiki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra işini Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin arxivində tapmadığından icra işinin məhkəməyə təqdim edilməsini təmin edə bilməmişlər. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, "xxxx" ASC-nə borcunun olması barədə xəbərdar olmuşdur. Şirvan şəhər Məhkəməsinin əmrindən nə vaxt etiraz verdiyi yadında olmasa da, məhkəmənin keçirilməsi barədə məlumatı olmuşdur. Kreditindən təxminən 500 manat ödəmişdir. Dollar qalxdıqdan sonra ödənişlərini edə bilməmiş və borcunun bir hissəsi ödənilməmiş qalmışdır. Lakin sonradan onun məvacibindən tutulmaların aparılmamasının səbəbi haqqında isə heç bir məlumatı yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə iş üzrə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir . Belə ki, iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş : "xxxx" ASC tərəfindən Şirvan şəhər icra və probasiya şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu 1785.60 USD pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsə də, həmin qərar rəsmi şəkildə tələbkara təqdim olunmamışdır. Şirvan şəhər Məhkəməsi tərəfindən təqdim edilən 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın rəsmi şəkildə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 2(032)-591/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Borclu "xxxx" ASC-yə müvafiq hesab üzrə aktiv borcu 824.63 (səkkiz yüz iyirmi dörd dollar, altmış üç sent) ABŞ dolları təşkil edir (Hesab: 3811001CP**********C). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə tərəfindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 591/2017 saylı icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə müvafiq qaydada sorğu verilsə də icra işinin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Belə ki, iş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 140734/10-13 saylı məktubundan görünür ki, Borclu barəsində Şirvan şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2017-ci il tarixli, 2(032)-591/2017 nömrəli icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixdə xitam verilmiş və həmin icra sənədinə əsasən açılmış xx.xx.2018-ci il tarixli, 140734/2018 nömrəli icra işi arxivləşdirilmişdir. Hazırda həmin tarixdən 5 (beş) ildən artıq müddətin keçməsi, ötən müddət ərzində isə arxivləşdirilən icra işləri sayının xeyli həcmdə artması səbəbindən sözügedən icra işinin xx.xx.2024-cü il tarixədək fiziki olaraq əldə edilməsi və məhkəməyə təqdim olunması mümkün deyil. Həmin icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surətinin icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə çatdırılmasını təsdiq edən sübut işdə yoxdur. Məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki iş üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surəti tələbkar "xxxx" ASC-yə verilmədiyindən, müddətin axımı tələbkarın şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı iş materiallarına baxış keçirilmişdir . Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı işə əlavə edilmiş Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kreditor "xxxx" ASC-nin Şirvan filialının rəhbərliyinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Borclu borcunun olmadığından və icra sənədinin icraatına xitam verilməsini xahiş etdiyindən Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icraata xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı işə əlavə edilmiş Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərara əlavə edilmiş kreditor "xxxx" ASC-nin icraata xitam verilməsi ilə əlaqədar ərizəsindən görünür ki, kreditor "xxxx" ASC-nin icraata xitam verilməsini xahiş etdiyi borclular siyahısında Borclu adı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə icraya yönədilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2019cu il tarixli qərarı ilə səhvən (Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur) yəni, kreditor "xxxx" ASC-nin icraata xitam verilməsini xahiş etdiyi borclular siyahısında Borclu adı olmadığı halda icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi zartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Məhkəmə hesab edir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifəsini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, icra sənədi təkrarən icraya yönəldilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı qərarı ləğv edilsin. Qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 2(032)-591/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-106/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-106/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver