Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-11/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)- 3564/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab olunmaqla ləğv edilməsi, icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3564/2017 saylı əmri ilə 382,5 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun borclu X1 tutularaq bankın xeyrinə ödənilməsi qərara alınmış və icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kreditor "xxxx" ASC-nin Şirvan filialının rəhbərliyinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3564/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC xx.xx.2024-cü il tarixdə şikayət ilə müraciət edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3564/2017 saylı əmri ilə 382,5 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun borclu X1 tutularaq bankın xeyrinə ödənilməsi qərara alınmış və icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə tərəflərindən təqdim edilən məktubda qeyd edilən siyahı üzrə icra məmuru Qalib Şirinov tərəfindən həmin icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixli qərarla xitam verilmişdir. X2 Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(032)-3564/2017 saylı icra sənədinə əsasən aktiv borcu cari gün üçün 77,22 manat təşkil edir və həmin tarixdən bəri tam icra edilmir. İcra məmuru tərəfindən təqdim edilən məktub mahiyyəti üzrə düzgün təhlil edilməmiş və beləcə əsassız şəkildə iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən şikayətin baxılmamış saxlanılması barədə ərizə daxil olduğundan hazırki zamanda şikayətin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və yuxarıda qeyd olunanları nəzərə alıb, QƏRARAALDİ: "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3564/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab olunmaqla ləğv edilməsi, icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayəti baxılmamış saxlanılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-11/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-11/2024
09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver