Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-11/2025 06.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)-722/2024 saylı “icra sənədi üzrə icraata xitam verilməsi” barədə X3nun ərizəsinə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)-722/2024 saylı “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki , X1 Gülnarə Üzeyir qızı ilə nikahını rəsmi qaydada Şirvan şəhər Qeydiyyat şöbəsində qeydiyyata alınmaqla ailə həyatı qurmuşlar. Onların nikahı dövründə 03 iyun 2023-cü il tarixdə X10 adlı bir övladı anadan olmuşdur. Ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan nikahı Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(032)-74/2024 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023cü il tarixdən hesablanmaqla cavabdeh X6 iddiaçı X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra birgə nikahdan doğulmuş 03 iyun 2023-cü il təvəllüdlü X10 ilə ünsiyyət hüququn verilməsi tələbi ilə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-722/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 uşağı 03 iyun 2023-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 14:00-a kimi görüş günləri müəyyən edilmişdir. 03 iyun 2023-cü il təvəllüdlü X5 atası X14 ilə müəyyən edilmiş görüş vaxtlarının ilk üç ili anası Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının iştirakı ilə həyata keçirilməsi qət edilmişdir. Hazırda xx.xx.2025-ci il tarixli tərəflər arasında barışıq sazişi bağlanmaqla Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment iş üzrə cavabdeh X6 alınaraq iş üzrə iddiaçı Maraqlı şəxs verilməsi müəyyən olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-74/2024 saylı qətnaməsinə əsasən iş üzrə iddiaçı X8 birgə nikahdan doğulmuş X12 ilə ünsiyyətdə olması qət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-722/2024 saylı ica vərəqəsindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh X6 iddiaçı X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmalıdır. xx.xx.2025-ci il tarixli Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş barışıq sazişindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)-722/2024 saylı icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment iş üzrə cavabdeh X6 alınaraq iş üzrə iddiaçı Maraqlı şəxs verilməsi müəyyən olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)- 722/2024 saylı qətnaməsinə əsasən iş üzrə iddiaçı X8 birgə nikahdan anadan doğulmuş X10 ilə ünsiyyətdə olması qət olunmuşdur. Maraqlı şəxs hal-hazırda kimi olan aliment borcundan tamami ilə imtina edir və eyni zamanda gələcəkdə də aliment tələb etmir. X14 isə birgə nikahdan anadan olmuş X10 ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)-722/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş uşaqdan ünsiyyətdən imtina edir, hal-hazırda və gələcəkdə uşaqla ünsiyyət saxlamaq üçün təkrar məhkəməyə müraciət etməyəcək öhdəliyini götürür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, həmin qərara əsasən müəyyən olunur ki, “İcra haqqında” Qanunun 20.2ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. X9 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)- 722/2024 saylı icra sənədi üzrə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi icra sənədi üzrə borcludur və onun icra sənədi üzrə icraata xitam verilməsi və ya tələbdən imtina etməsi kimi subyektiv hüquqları müəyyən edilməmişdir. Həmçinin, ərizəçinin icra sənədi üzrə icraata xitam verilməsinə dair subyekti hüququ olsa belə icra sənədi üzrə icraata xitam verilməsi məhkəmənin səlahiyyətində olmadığından ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizəçinin ərizənin verilməsi ilə bağlı subyektiv hüquqları müəyyən edilmədiyindən və icra sənədi üzrə icraata xitam verilməsi məhkəmənin səlahiyyətində olmadığından ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(032)-722/2024 saylı “icra sənədi üzrə icraata xitam verilməsi” barədə X3nun ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-11/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-11/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver