Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-111/2025 11.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(056)-1575/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq Tələbkar ödənilməlidir. Həmin icra sənədi xx.xx.2024-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Əmlak və gəlir sorğuları nəticəsində onun işlədiyi məlum olmuş, icra sənədi borclunun əmək haqqından tutulmalar aparılması üçün onun iş yerinə yönəldilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırkı vaxta Borclu aliment borcu 4290.55 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)- 1575/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Əmlak və gəlir sorğuları nəticəsində onun işlədiyi məlum olmuş, icra sənədi borclunun əmək haqqından tutulmalar aparılması üçün onun iş yerinə yönəldilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırkı vaxta Borclu aliment borcu 4290.55 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu və tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment alınaraq Tələbkar verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-1575/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1976-cı ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-111/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-111/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver