Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-112/2024 18.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylıxx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Şirvarı Kommersiya Məhkəməsı tərəfindən verilmiş e-2-2(121)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1994-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 3910 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Borclu 58 manat 50 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş təqdimat vermiş şəxs, tələbkar və borclu məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli, R-1352/22 saylı faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli R-13xx/xx-0002 nömrəli sazişə əsasən 3850 manat borc, 60 manat mediasiya xərci olmaqla cəmi 3910 manat pul alınaraq iddiaçı "xxxx" QSC-yə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə verdiyi yazılı izahatından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borcu daimi iş yerinin olmaması və borcunun olması barədə məlumatı olmadığından ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Tələbkar "xxxx" QSC-nin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, tələbkar borclu hal-hazırda işləyirsə, “İcra Haqqında” AR Qanununun 24.1.1-ci maddəsinin tələblərini: rəhbər tutaraq icra sənədini borclunun əmək haqqından (digər gəlirlərindən) birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərilməsini, borclunun iş yerinin (pensiyasının) və aylıq gəlirinin olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi onun məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinin göstəricisi olduğu üçün borclunu AR) İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmək üçün müvafiq tədbir görülməsini, borclu barəsində olan icra sənədini icra etmək məqsədilə “İcra haqqında” Azərbaycan Respublikası Qanuğunun 84-1-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədi icra olunana qədər ölkədən setmək hüquc unun məhdudla dirihnası berədə müva toq məhkəməyə müraciət edilməsini və borclu qanuni çağırışlara gəlmirsə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə üyğun olaraq, məhkəmənin qərari əsasında barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-112/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-112/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver