Məhkəmə qərarları › İş №8(032)-117/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-117/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-117/2024 23.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Nümayəndə Nizami oğlunun katibliyi ilə, X1, Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Şirvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-2638 saylı icra üsulunun dəyişdirilərək pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi barədə X2 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-2638 saylı icra üsulunun dəyişdirilərək pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən təqdim edilən 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və X7 1202.98 manat pul vəsaiti tutulmalı və Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Hal-hazırda həmin icra sənədi üzrə tələb onun əlilliyə görə aldığı pensiya təminatına yönəldilmiş və vaxtaşırı tuutlmaların yolu ilə icra edilir. İcra sənədi əsas borclu X12 tərəfindən könüllü şəkildə icra edilməsinə baxmayaraq heç bir əsas olmadan məcburi icra tədbirləri tətbiq edilmiş, nəticədə bu da ona münasibətdə ciddi maddi sıxıntılara yol açmışdır. Tutulma faizinin aşağı salınması üçün dəfələrlə icra qurumuna və tələbkar təşkilata müraciət etsə də, müraciətləri təmin olunmamışdır. Adına mülkiyyət hüququ ilə rəsmiləşdirilən hər hansısa daşınar və ya daşınmaz əmlak, eyni zamanda xüsusi qiymətli əşya yoxdur. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, X2 ərizəsində qeyd etdiyi dəlillərlə razı deyillər. Ərizə onun məzmununu düzgün ifadə edən formada verilməmiş, tələbin həqiqi mahiyyətini təşkil edən xüsusatlar isə işin faktiki hallarına uyğun olmamışdır. İcra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi o halları özündə ehtiva edir ki, icra sənədi hesab edilən sənəddə onun icra üsulu və qaydası artıq müəyyənləşdirilmiş olur. Hazırki iş üzrə icra sənədi hesab edilən sənəddə icra üsulu pul ödəmələri şəklində müəyyən edilmiş və tələbin kredit öhdəliyindən törəməsi nəzərə alındıqda onun qeyri yolla icrasının mümkünsüzlüyü işin mübahisələndirilməyən halıdır. Borclu əslində icra sənədinin icra üsulunu və qaydasını deyil, icra məmurunun hərəkətlərinin qanuniliyini mübahisələndirir. İcra sənədi 1 il ərzində heç bir həcmdə icra edilməmişdir. Həmin müddət ərzində iş üzrə əsas borclu X12 ilə davamlı əlaqələr saxlanılmış, daxili güzəşt imkanları barədə məlumat verilmiş, icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Göstərilən tədbirlər nəticə vermədiyindən tələb məcburi icra tədbiri qismində iş üzrə digər X2 pensiya təminatına yönəldilmişdir. X5 aylıq pensiya təminatı 681 manat məbləğindədir ki, ondan hazırki tələb üzrə vaxtaşırı tutulmaların həcmi 204 manat təşkil edir. Odur ki, ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri, araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər 1 saylı Notarait Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X8 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi, ev 42 ünvanında yerləşən Tələbkar ASC-nin (Vöen:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan X7, ünvan 3nvanında qeydiyyatda olan X4 MK/79976/73/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 910 manat 90 qəpik tutulsun. Bundan əlavə borcludan X7, X4 292 manat 08 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1227 manat 98 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2024cü il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc məbləği X2 pensiya təminatına yönədildiyindən və ərizəçinin icra üsulunun dəyişdirilərək pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi barədə ərizəsi əsassızdır. Həmçinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8İ-2638 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə borclular tərəfindən ödənilməli olan 1227 manat 98 qəpik məbləğində pulun borclunun pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, borclular tərəfindən ödənilməli olan məbləğ kifayət qədər yüksək olduğundan və icra sənədinin ərizədə göstərilən qaydada icra edilməsi icra qeydinin uzun müddətdə icra edilməsi ilə nəticələnərək tələbkarın hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, təkcə borclunun deyil, tələbkarın mənafeyinin də nəzərə alınmalı olmasını nəzərə alaraq, icra qeydinin icra üsulunun dəyidirilərək pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi barədə ərizənin təmin edilməsi üçün əsaslı saymır. MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Şirvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-2638 saylı icra üsulunun dəyişdirilərək pensiya təminatının 10%-i məbləğində vaxtaşırı tutulmalarla icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar