Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-12/2024 08.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab olunmaqla ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinə əsasən borclular X2, X4 müştərək qaydada 841 ABŞ dolları məbləğində əsas borcu, 304,07 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1145,07 ABŞ dolları manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri icra olunması üçün Şirvan şəhəri üzrə İcra şöbəsinə və Hacıqabul rayon İcra şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru Qalib Şirinov tərəfindən xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov tərəfindən xx.xx.2016-cı il tarixli “icraata başlamaq” qərarına əsasən icraata başlanılmışdır. Daha sonra Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Qalib Şirinov “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" ASC-nin Şirvan filialının rəhbərliyinin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən borclular X3 və X5 borcunun olmadığını və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Hazırda tələbkar "xxxx" ASC həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi, qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə 1145,07 ABŞ dolları məbləğində pul vəsaitinin və tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun müştərək şəkildə birgə borclular X6 və X4 tutularaq xeyirlərinə ödənilməsi əmr edilmiş və əmr icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə tərəflərindən təqdim edilən məktubda qeyd edilən siyahı üzrə icra məmuru Qalib Şirinov tərəfindən həmin icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla xitam verilmişdir. Həmin qərar qanunla müəyyən olunmuş qaydada "xxxx" ASC-yə təqdim edilməmiş və qərarı mübahisəndirmək imkanı olmamışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Qalib Şirinovun qərarı qanunsuz hesab edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, borcluların Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-2130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 509,05 (beş yüz doqquz dollar, beş sent) ABŞ dolları təşkil edir və həmin tarixdən bəri heç bir həcmdə icra edilmir. İcra qurumuna təqdim edilən məktubun səlahiyyətli nümayəndə tərəfindən imzalandığı qeyd edilsə də, həmin səlahiyyətlərin təsdiqləndiyi etibarnamə təqdim olunmamışdır. İcra sənədi üzrə icraata xitam verilməyə əsas olan sənəd icra şöbəsinə təqdim edilərkən yuxarıda göstərilən natamamlıq icra məmuru tərəfindən nəzərə alınmamışdır. Belə ki, icra məmuru X6 və X5 borclu olduqları müvafiq aktiv kredit hesabı üzrə eyniləşdirmə aparmadan, eyni zamanda təqdim edilən məktubu imzalayan şəxsin səlahiyyətini yoxlamadan icraata xitam verilmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi ərizəsini müdafiə etdi, eyni zamanda izahat verərək bildirdi ki, borclular barədə məhkəmə tərəfindən çıxarılmış məhkəmə əmri icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru bankla dəqiqləşmə aparmadan icra sənədi tam icra olunmadan icraata xitam verilmişdir. Borcun tam ödənilməsinə dair məktub veriləndə icra məmuruna eyniləşdirməyə imkan verən sənədlər təqdim olunmalıdır. İcra məmuru tərəfindən sistemdən bəzi sənədlər inteqrasiya olunub, lakin tələbkarın və borcluların bank məlumatları inteqrasiya olunmayıb. Belə olduğu halda eyniləşdirməyə imkan verən hesabdan çıxarış təqdim olunur. Hesabdan çıxarış təqdim olunmayıb, icra məmuru məktuba baxıb xitam verib. İlk növbədə səlahiyyətli nümayəndənin etibarnaməsi olmalı, olmadıqda bank tərəfindən hesabdan çıxarış təqdim olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-2130/2016 nömrəli məhkəmə əmrindən görünür ki, borclular X2, X4 müştərək qaydada 841 ABŞ dolları məbləğində əsas, 304,07 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1145,07 ABŞ dolları manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016cı il tarixli məhkəmə əmri icra olunması üçün Şirvan şəhəri üzrə İcra şöbəsinə və Hacıqabul rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X9 xx.xx.2016cı il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icraata başlanılmış və borclu X1 icra üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan icra sınədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5-ci bəndinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, tələbkar tərəfindən icra şöbəsinə ünvanlanmış olan adlı siyahıda 41-ci qrafada borclu X5 adı qeyd edilmiş və sonuncuya münasibətdə icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Ərizə tələbkar adından etibarnamə əsasında Fərid M.Mustafayev tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, tələbkar icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş, lakin icra sənədi geri qaytarılmadığından icra sənədinin yenidən icraya yönəldilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 645/2023/ŞRF saylı informasiya sorğusundan görünür ki, "xxxx" ASC tərəfindən Şirvan şəhər Məhkəməsinə sorğu göndərilmiş, sorğuda göstərilən işlər üzrə icraata xitam verilmə barədə qərarlarla və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərlə (qəbz, arayış, məktub və.s) tanış olmaqlarını təmin etməkləri xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 717/2023/ŞRF saylı informasiya sorğusundan görünür ki, "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə sorğu göndərilmiş, sorğuda göstərilən işlər üzrə icraata xitam verilmə barədə qərarlarla və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin (qəbz, arayış, məktub və.s) onlara təqdim olunması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular X2, X4 müştərək qaydada 841 ABŞ dolları məbləğində əsas, 304,07 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1145,07 ABŞ dolları manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə əmri qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı tərəflərə məlumat verilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5ci bəndinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. Xitamın əsası olaraq "xxxx" ASCnin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizə olmuşdur. Məhkəmə eyni zamanda müəyyən etdi ki, "xxxx" ASC Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinin icrası ilə bağlı xx.xx.2020ci il tarixli, xx.xx.2021-ci il tarixlərdə müraciət etmiş, lakin icra sənədi geri qaytarılmadığından icra sənədinin yenidən icraya yönəldilməsi mümkün olmamışdır. Məhkəmə xatırladır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsinə icra sənədi üzrə icraata xitam verilməsi və tələbkarın müvafiq müraciətləri, həmin müraciətlərin cavablandırılması ilə bağlı sənədlər tələb olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Həmin Qanunun 34-cü maddəsinə əsasən İcraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir. Təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə nümayəndənin aşağıdakı hərəkətləri etmək səlahiyyəti xüsusi qeyd olunmalıdır: icra sənədini təqdim etmək və geri çağırmaq; səlahiyyətləri başqa şəxsə vermək; icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək; tələbkarın xeyrinə qət edilmiş əmlakı, o cümlədən pulu almaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsinə əsas Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizə olmuşdur. Lakin ərizədən də göründüyü kimi ərizə tələbkarın adından etibarnamə əsasında Fərid M.Mustafayev tərəfindən imzalanmışdır. Lakin, həmin sənədi imzalanması üçün müvafiq səlahiyyətin verilməsi ilə bağlı etibarnamə aşkar edilməmişdir. İcra haqqında qanunun tələblərindən göründüyü kimi icra sənədi üzrə müvafiq hərəkətlərin edilməsi səlahiyyətli şəxsin vermiş olduğu etibarnamə əsasında həyata keçirilməlidir. İş üzrə məhkəmə araşdırması zamanı qeyd edilən tələblərə icra məmuru tərəfindən riayət edilməsi ilə bağlı müvafiq sənədlərin mövcud olması aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 2130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. "xxxx" ASC-nin şikayətinin icra sənədi üzrə icra tədbirlərinin icra müddəti, icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Qalib Şirinovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-2130/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-12/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-12/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver