Məhkəmə qərarları › İş №8(032)-12/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-12/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-12/2025 06.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Ərizəçi Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması hissəsinə xitam verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması hissəsinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə nikahlarını rəsmi qaydada Şirvan şəhər Qeydiyyat şöbəsində qeydiyyata alınmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 03 iyun 2023-cü il tarixdə X7 adlı bir övladı anadan olmuşdur. Ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan nikahları Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(032)-74/2024 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra birgə nikahdan doğulmuş 03 iyun 2023-cü il təvəllüdlü X7 ilə ünsiyyət hüququn verilməsi tələbi ilə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-722/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Borclu uşağı 03 iyun 2023-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 14:00-a kimi görüş günləri müəyyən edilməsi, 03 iyun 2023-cü il təvəllüdlü X3 atası Borclu ilə müəyyən edilmiş görüş vaxtlarının ilk üç ili anası Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının iştirakı ilə həyata keçirilməsi qət edilmişdir. Hazırda xx.xx.2025-ci il tarixli tərəflər arasında barışıq sazişi bağlanmaqla Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(032)-74/2024 saylı icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş X3 yetkinlik yaşınadək saxlanılması üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment iş üzrə cavabdeh Borclu alınaraq iş üzrə iddiaçı X2 verilməsi müəyyən olunmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-74/2024 saylı qətnaməsinə əsasən iş üzrə iddiaçı Borclu birgə nikahdan doğulmuş X8 ilə ünsiyyətdə olması qət olunmuşdur. Tərəflər: X4 halhazırda kimi olan aliment borcundan tamami ilə imtina edir və eyni zamanda gələcəkdə də aliment tələb etmir. Borclu isə birgə nikahdan doğulmuş X6 ilə Şirvan şəhər məhkəməsinin 2(032)722/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş uşaqdan ünsiyyətdən imtina edir, hal-hazırda və gələcəkdə uşaqla ünsiyyət saxlanaq üçün təkrar məhkəməyə müraciət etməyəcəyi öhdəliyini götürmüşdür. Ərizəçi Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızı və maraqlı şəxs Borclu məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 722/2024 nömrəli icra sənədinə əsasən iddiaçı Borclu uşağı 03 iyun 2023-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 14:00-a kimi görüş günləri müəyyən edilərək, 03 iyun 2023-cü il təvəllüdlü X3 atası X7 ilə müəyyən edilmiş görüş vaxtlarının ilk üç ili anası Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının iştirakı ilə həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızı ilə Borclu arasında Şirvan şəhər 1 saylı notariat ofisində bağlanmış 16 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki, X5 öhdəlik olaraq (Şirvan şəhər məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-(032)-74/2024 saylı qətnaməsi üzrə) hal-hazırda kimi X3 ona olan aliment borcundan tamamilə imtina edir və eyni zamanda gələcəkdə də aliment tələb etməyəcəyi, Borclu isə birgə nikahdan doğulmuş X6 ilə Şirvan şəhər məhkəməsinin 2(032)-722/2024 saylı 15.10 2024-cü il tarixli qətnaməsi ilə muəyyən olunmuş uşaqdan ünsiyyətdən imtina edir, hal-hazırda və gələcəkdə uşaqla ünsiyyət saxlamaq üçün təkrar məhkəməyə muraciət etməyəcəyi ilə bağlı öhdəlik götürmüşdürlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda ərizəçi, tərəflər arasında barışıq olduğundan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması hissəsinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası “İcra Haqqında” qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə qeyd edir ki, “İcra Haqqında” qanunun tələblərindən göründüyü kimi icra sənədi üzrə tələbkarın tələbindən imtinası ilə bağlı olaraq tələbkarın ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilir. Həmçinin qanunun tələblərindən göründüyü kimi icra sənədi üzrə icraata icra məmurunun əsaslandırılmış qərar ilə xitam verilir. Göründüyü kimi qanunvericilik icra sənədi üzrə icraata xitam verilməsi əsaslarını və qaydasını müəyyən etmişdir. Hazırkı halda isə tərəflər arasında icra sənədi üzrə razılıq əldə edilmiş olması əsasında tələbkar icra sənədinin icrasına xitam verilməsi ilə bağlı müraciəti üzrə məhz icra məmurunun qərarı əsasında xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı tələbkar Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızı müvafiq icra qurumuna müraciət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması hissəsinə xitam verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Fərziyeva (Siyabova) Gülnarə Üzeyir qızının Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-74/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması hissəsinə xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar