Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-127/2025 18.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsi barədə iş üzrə X5nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq , məhkəmə müəyyən etdi: X4 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)- 1140/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün X5ndan hər ay 117 manat sabit pul məbləğində aliment hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün X2 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara edilmişdir. X5 ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində aliment xx.xx.2025-ci il tarixdən başlanması dedikdə, əvvəlki illərə şamil edilib edilməməsinə izah verilməsini xahiş etmişdir. Ərizəyə görə xx.xx.2025-ci il tarixli, 8(032)-58/2025 saylı qərardadla qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün X3 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində sabit pul məbləğində aliment tutulsun. İcra məmuru ona bildirir ki, bu qərardada əsasən hər ay 440 manat ödəməlidir. O, qərardadda xx.xx.2025-ci ildən sonraki illər nəzərdə tutulduğunu bildirir. İcra məmuru bununla razılaşmır. O, xx.xx.2016-cı il tarixli qətnaməyə əsasən 117 manat sabit pul vahidində aliment ödəyir, 03-cü qrup əlildir. 150 manat pensiya alır. O, icra məmuruna bildirmişdir ki, xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə qərardad şamil edilməlidir. O isə bildirir ki, 2014-cü ildən hesablanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş X5na, tələbkar X10 və Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının izah edilməsi X5nun ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göründüyü kimi mülki prosessual qanunvericliyinin tələbinə görə qətnamə və qərardadın məzmunu aydın, konkret olmadıqda onun məzmunu dəyişdirilmədən izah edilməsi mümkündür. MPM-in 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. MPM-nin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Ərizəyə əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, tələb xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün X2 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara barədədir. Məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının əsaslandırıcı hissəsi nəticə hissəsinə uyğun olduğundan və qərardadın məzmunu aydın ifadə edildiyindən, yəni qərardadda yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün X2 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən başlanması aydın ifadə edildiyindən qərardadın izah edilməsindən imtina edilməli, bununla da X5nun ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264, 267-269-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şirvan şəhər Məhkəməsinin 8(032)-58/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsi barədə iş üzrə X5nun ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-127/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-127/2025
18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver