Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-128/2025 17.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X3, X4 iştirakı ilə, X5 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 may 2020-ci il tarixli, 2(032)-466/2020 nömrəli qətnaməsinin cavabdeh xx.xx.1984-cü ildə Sabirabad rayonu Qaralar kəndində doğulmuş və orada yaşayan X7 xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 17 fevral 2020-cü ildən hesablanmaqla hər ay bir uşaq üçün 140 manat, iki uşağa görə 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X14 verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(032)-466/2620 nömrəli qətnaməsi ilə iddiaçı X10 cavabdeh Sabirabad rayonu Qaralar kənd sakini X15 qarşı “atalıq faktının müəyyən edilməsi və aliment tələbi” barədə iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X17 atalarının X11 olması faktı müəyyən edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli 17 fevral 2020-ci ildən hesablanmaqla xx.xx.1984-cü ildə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş və Sabirabad rayonu, Qaralar kəndində yaşayan X9 hər ay sabit pul məbləğində bir uşağa 140 manat, iki uşağa görə 280 manat aliment tutularaq iddiaçı X14 verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladları X12 və X1 üçün cavabdeh X13 ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Buna görə də qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X5 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X19 izahatında bildirdi ki, yenidən ailə qurmuş, həmin nikahdan iki övladı var, həmçinin yoldaşı üçüncü uşağa hamilədir. Alimentin artırılacağı təqdirdə ödəməyi mümkünsüz olacaqdır. Özü fəhlə işləyir və gündəlik gəliri 20 manat təşkil edir. Ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-466/2620 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsi və aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X17 atalarının Cavabdeh olması faktı müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X17 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün əvvəli 17 fevral 2020-ci il tarixdən hesablanmaqla xx.xx.1984-cü ildə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş və Sabirabad rayonu, Qaralar kəndində yaşayan Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 140 manat, iki uşağa görə 280 manat aliment tutularaq iddiaçı X16 verilmsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.” Həmin Qərarın 8.4-2-ci bəndində qeyd edilmişdir ki, “nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.” X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-466/2020 nömrəli, 18 may 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiyası barədə qərardad çıxarılmasını xahiş edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının tələblərindən də göründüyü kimi alimentin indeksasiyası ilə bağlı ərizəçinin məhkəməyə müraciət emək hüququ tanınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarından göründüyü kimi indeksasiya ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta 2020-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-466/2020 nömrəli, 18 may 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiya olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.11-1-ci bəndində qeyd edilmişdir ki, “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-128/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-128/2025
17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver