Məhkəmə qərarları › İş №8(032)-13/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-13/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-13/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə , Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarından "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən X17 şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-721/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2018-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunması və icra sənədi üzrə icra tədbirlərinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-721/2018 saylı əmri ilə 1761.57 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada birgə borclular - X9 və X1 tutularaq xeyrinə ödənilməsi əmr edilmiş və əmr icra olunması üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə təqdim edilmiş məktubla qeyd edilən borclular barəsində Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru olmuş Dağlar Əzimov tərəfindən xx.xx.2018-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərar qanunla müəyyən olunmuş qaydada onlara təqdim edilməmiş və qərarı mübahisələndirmək imkanları olmamışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru olmuş Dağlar Əzimovun qərarı qanunsuz hesab edilməklə ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, X9 və X1 Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)- 721/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 1661.29 (min altı yüz altmış bir dollar, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir və həmin tarixdən bəri tam icra edilmir. Təqdim edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, həmin məktubla X6 barəsində Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilsə də , təqdim edilən məktubu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmiş, eyni zamanda filialın möhürü ilə təsdiqlənməmişdir. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməyə əsas olan sənəd icra şöbəsinə təqdim edilərkən yuxarıda göstərilən natamamlıqlar icra məmuru tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında şikayət vermiş icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə şikayəti müdafiə etdi, izahat verərək bildirdi ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, bank tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, həmin məktubla X6 barəsində Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilsə də, təqdim edilən məktubu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmiş, eyni zamanda filialın möhürü ilə təsdiqlənməmişdir. Həmçinin nümayəndə bildirdi ki, bank tərəfindən göndərilən məktubun müəllifi "xxxx" ASC-nin əməkdaşı X11 tərəfindən çoxlu sayda sənədlərdə saxtakarlıqlara yol verilmiş və bu yolla bir çox borcluların banka olan borclarına xitam verilməsinə nail olmuşdur. Bu baxımdan o, icraata bankın nümayəndəsinin müraciəti əsasında xitam verilməsinə baxmayaraq X11 tərəfindən yol verilən saxtakarlıqları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X8 şikayəti əsassız hesab edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-721/2018 saylı icra sənədi icra olunması üçün İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bankın səlahiyyətli nümayəndəsi X7 müraciəti əsasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki iş üzrə icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətinin tələbkar "xxxx" ASC-yə göndərilməsi təsdiq edən sübutların məhkəməyə təqdim olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə sorğu verilmiş, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda hazırda icra məmuru Dağlar Əzimovun vəzifədən azad olunduğu, eləcə də Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində hal-hazırda arxivçi işçisi olmadığı üçün sözügedən icra işini arxivdən tapmaq mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki iş üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətinin tələbkar "xxxx" ASC-yə təqdim olunması müəyyən olunmadığından (poçt göndərişinin verilməsi haqqında xəbərnamə aşkar olunmadığından) qanunvericilikdə nəzərdə tutulmuş şikayətvermə müddəti (10 gün) hazırkı iş üzrə nəzərə alınmamalı və müddətin axımı məhkəməyə şikayətin verildiyi vaxtdan hesablanmalıdır. Məhkəmədə Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı iş materiallarına baxış keçirilən zaman müəyyən olunur ki : "xxxx" ASC-i xx.xx.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borclular X1 və X3 kreditor "xxxx" ASC-nin xeyrinə 1012.64 ABŞ dolları əsas və 748.93 ABŞ dolları faiz borcunun, cəmi 1761.57 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı xx.xx.2018-ci il tarixli əmri ilə borclu xx.xx.1977-ci il tarixdə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan X1 və xx.xx.1979-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayan X3 1012.64 ABŞ dolları əsas borcun, 748.93 ABŞ dolları faiz borcunun , cəmi 1761.57 ABŞ dolları manat hesabı ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, tələbkar "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etdiyi məktubuna əsasən icra sənədi üzrə banka olan borc tam şəkildə ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X11 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən xx.xx.2018-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, X6 borcunu tam olaraq ödədiyindən barəsində olan xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən sorğu əsasında əldə edilmiş "xxxx" ASC-nin X15 xx.xx.2020ci il tarixli 437 nömrəli əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin Şirvan filialı direktorunun İstehlak kreditləri üzrə müavini X7 xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə müvafiq olaraq öz xahişi ilə əmək müqaviləsinə xitam veriləsi əmr edilmişdir. Bundan əlavə əldə edilmiş Bank of Baku” ASC-nin X15 xx.xx.2022-ci il tarixli 49/K nömrəli digər əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin Qərarların icrası şöbəsinin Region icra bölməsinin hüquqşünası X4 xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə müvafiq olaraq öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Belə ki, Bank of Baku” ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilən xx.xx.2018-ci il tarixli məktub bankın səlahiyyətli nümayəndəsi X11 tərəfindən imzalanmaqla yanaşı bankın hüquqşünası X10 tərəfindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 və X5 "xxxx" ASC-yə müvafiq hesab üzrə aktiv borcu 1661.29 (min altı yüz altmış bir dollar, iyirmi doqquz sent ) ABŞ dolları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırkı iş üzrə tələbkar "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X11 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən (icra sənədinin tam icra olunduğuna dair) xx.xx.2018-ci il tarixli 1552 saylı məktubuna əsasən X6 barəsində olan xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Hazırkı iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-721/2018 saylı xx.xx.2018-ci il tarixli əmri ilə borclu X1 və X3 1012.64 ABŞ dolları əsas borcun,748.93 ABŞ dolları faiz borcunun, cəmi 1761.57 ABŞ dolları manat hesabı ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu borcu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Əmrin məzmunundan göründüyü kimi X6 əsas borclu, X9 zamin kimi müəyyən edilmiş və bank qaşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə "xxxx" ASC-nin sabiq nümayəndəsi X11 tərəfindən yol verilən saxtakarlıqlara münasibətdə məhkəmə qeyd edir ki, sorğu əsasında əldə edilmiş "xxxx" ASC-nin X15 xx.xx.2020-ci il tarixli 437 nömrəli əmrinin surətinə əsasən "xxxx" ASC-nin Şirvan filialı direktorunun İstehlak kreditləri üzrə müavini X7 öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmiş, onun barəsində intizam icraatının aparıldığını və ya əməllərinə cinayət hüquqi qiymətin verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə qeyd olunanlara əsasən, tələbkar "xxxx" ASC-nin adından səlahiyyətli nümayəndə kimi X11 tərəfindən etibarnamə əsasında imzalanan və möhürlənən (icra sənədinin tam icra olunduğuna dair) xx.xx.2018-ci il tarixli məktubuna əsasən X6 barəsində olan xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyi, X6 və X5 bank qaşısında birgə borclu kimi çıxış etdiyi, "xxxx" ASC-nin sabiq nümayəndəsi X11 tərəfindən saxtakarlıqlara yol verilməsinə dair iddiaların sübuta yetirilmədiyi (xx.xx.2020ci il tarixli 437 nömrəli əmrinin surətinə əsasən onun öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyi, barəsində intizam icraatının aparıldığını və ya əməllərinə cinayət hüquqi qiymətin verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyi), həmçinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı barədə məlumatlandırılmış borcluların etimad hüququnun qorunması kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən "xxxx" ASC-nin Şirvan filialının direktoru vəzifələrini icra edən Qasım Qasımov tərəfindən verilmiş şikayət təmin edilməməlidir . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayətçi "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)- 721/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Dağlar Əzimovun xx.xx.2018-ci il tarixli qərarının ləğv olunması və icra sənədi üzrə icra tədbirlərinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar