Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-139/2025 01.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-49/2025 nömrəli icra sənədinə əsasən tələbin Borclu məxsus olan avtonəqliyyatın üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(032)-49/2025 saylı tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(032)-49/2025 saylı tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat alınaraq tələbkar X1 verilməlidir. İcra sənədlərinin icrası istiqamətində görülmüş tədbirlər nəticəsində borcluya məxsus “Opel Astra” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələri aşkar edilmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-311/2024 saylı qətnaməsi ilə iddiaçı Gamzaeva (Həmzəyeva) Turanə Murquz qızının cavabdeh Borclu qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(015)-461/2012 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş 45 manat miqdarında aliment dəyişdirilərək artırılsın və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1987-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Gamzaeva (Həmzəyeva) Turanə Murquz qızına verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-49/2025 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabeh Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana saxlanılması üçün hər ay 120 manat məbləğində aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-49/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiyasına Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi). Lakin, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərar). Qeyd olunmalıdır ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə görə, işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri qanunverici tərəfindən təsbit olunan və icrası Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsində göstərilən əsaslarla mümkün olan prosessual hüquq olduğundan maraqlı şəxsin bu hərəkəti heç bir halda mülki hüquq pozuntusu (deliktlər) kimi qiymətləndirilə bilməz (Mülki Məcəllənin 1096-1097-ci maddələri). Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər. Zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatda Borclu məxsus “Opel Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması və aliment tələbinin həmin əmlaka yönəldilməsi barədə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, təminat tədbirləri yalnız icra sənədinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirəcək və ya qeyri-mümkün edəcək hallarda, iddia tələbinin və ya icra sənədinin həcminə mütənasib şəkildə tətbiq edilə bilər. Konstitusiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarında göstərildiyi kimi, müvəqqəti təminat tədbirlərinin tətbiqində mütənasiblik və ədalətlilik prinsiplərinə əməl olunmalı, tədbirin miqyası tələb olunan məbləği aşmamalıdır. Bu prinsiplərin reallaşması üçün isə məhkəmənin təqdim olunan tələbin konkret həcmini, yəni maliyyə ekvivalentini bilməsi zəruridir. Halbuki, icra məmurunun təqdimatında həbs qoyulması tələb olunan əmlakın hansı məbləğdə icra tələbinin təminatı məqsədilə seçildiyi barədə hər hansı rəqəmsal göstərici və ya hesablamalar təqdim edilməmişdir. Tələbin maliyyə həcmi göstərilmədiyindən məhkəmə bu tədbirin iddia tələbinin miqyası ilə mütənasib olub-olmadığını müəyyən edə bilmir. Müvafiq məbləğ barədə məlumat olmadığı halda təminat tədbiri tətbiq edilməsi cavabdehin mülkiyyət hüququnun lüzumsuz və həddindən artıq məhdudlaşdırılması riskini yaradır, bu isə həm mütənasiblik, həm də ədalətlilik prinsiplərinə ziddir. Bu səbəbdən, təqdimatın tərkibində konkret tələb məbləğinin göstərilməməsi və onun əsaslandırılmaması təqdimatın təmin edilməsinə hüquqi əsas vermir. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-139/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-139/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver