Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-141/2025 07.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, X3 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-1461/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsinin 26 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1461/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 26 sentyabr 2023-cü ildən hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladları xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kopmensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi və borclu məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin göstərdiyi əsaslandırmanı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-1461/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilərək, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 26 sentyabr 2023-cü ildən hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.” Həmin Qərarın 8.4-2-ci bəndində qeyd edilmişdir ki, “nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.” X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-1461/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiyası barədə qərardad çıxarılmasını xahiş edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının tələblərindən də göründüyü kimi alimentin indeksasiyası ilə bağlı ərizəçinin məhkəməyə müraciət emək hüququ tanınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarından göründüyü kimi indeksasiya ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta 2023-cü ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1461/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində indeksasiya olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarına dəyşiklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.11-1-ci bəndində qeyd edilmişdir ki, “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-141/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-141/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver