Məhkəmə qərarları › İş №8(032)-146/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-146/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-146/2025 15.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, Ərizəçi Tələbkar Şirvan Şəhər Məhkəməsinin 2(032)-140/2014 saylı, xx.xx.2014-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 10 yanvar 2014-ci il tarixli 2(032)-140/2014 saylı əmri ilə borclu 03 mart 1982-ci ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş, Şirvan şəhəri, Nizami küçəsi ev 38-da yaşayan Borclu1 və borclu 16 fevral 1980-cı ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş, Şirvan şəhəri, Sabir küçəsi, ev 13-də yaşayan Borclu2 müştərək qaydada 1536 (bir min beş yüz otuz altı) manat və ərizə verilərkən ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq kreditor Tələbkar ödənilməsi əmr edilmişdir. 10 yanvar 2014-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin məhkəmə əmrindən görünür ki, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1 ilə 28 may 2013-cü İl tarixdə, 9305 saylı müqavilə bağlandığını, Borclu2 ilə Tələbkar arasında isə 28 may 2015-cü il tarixli, 9305 saylı alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 28 may 2013-cü il tarixli 9305/1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Borclu1 aldığı malların 16 ay ərzində ödəməli idi. Lakin ödəniş cədvəli üzrə 28 may 2015-cü il tarixli ödənişdən etibarən Borclu1 ödənişi dayandırmışdır və 28 may 2013-cü il tarixli, 9305 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Borclu1 1536 manat məbləğində borcu yaranmışdır. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 140/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1557 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 201,9 faiz artımı (1557 AZN x 201,996 z 3143,58 AZN) nəzərə alaraq cəmi 4700,58 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-140/2014 saylı, xx.xx.2014-cü iltarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və X1 cəmi 1557 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar oglunun xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 1557 manat məbləgində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ılə müəyyən ed mş 1557 manat məbləğ indeksləşdirilərək, 2014-cü il tarixdən - 2025-ci ilin aprel ay nadək 201 9 faiz artımı ( 1557 AZN x 201,9 96 “ 3143,58 AZN) nəzərə alaraq cəmi 4700 58 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin İstinad etdiyi hüquq normaları: Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunu (174 nömrəli) Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 3. İndeksləşdirmə obyektləri Aşağıdakılar indeksləşdirilməlidir: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); - vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; - Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; - Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; - aliment. Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında göstərilmişdir ki,:

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir..... Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki,

1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2.Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Məhkəmənin mövqeyi: Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, indeksasiya yalnız qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamələr üzrə tətbiq oluna bilər. Yəni indeksasiya tələbi yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və tam ödənilmədiyi müddət ərzində irəli sürülə bilər. Ərizəçinin tələbi bu müddəti və prosedur zərurətləri nəzərə almadan təqdim edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəyan etmişdir ki, indeksasiya məhkəmə qərarının borclu tərəfindən icrasının gecikdirilməsi nəticəsində yaranan inflyasiya itkilərinin kompensasiyası məqsədi daşıyır, lakin bu təsisat hüquqi sanksiya və ya əlavə öhdəlik kimi tətbiq edilə bilməz. Ərizəçinin təqdim etdiyi hallar məhz bu hüquqi mexanizmi sanksiyaya çevirmək mahiyyəti daşımışdır. Mülki Prosessual Məcəllənin 232-ci maddəsi “birinci instansiya məhkəməsində icraat” bölməsində yerləşdiyi üçün, Konstitusiya Məhkəməsi bu normaların yalnız yekun məhkəmə aktı ilə müəyyən edilmiş pul tələblərinə münasibətdə tətbiq edilə biləcəyini vurğulamışdır. Əgər qətnamə artıq icra edilmişsə və ya məbləğin ödənilməsi gecikmə ilə olsa da həyata keçirilmişsə, bu zaman həmin müddətə görə ayrıca indeksasiya tələb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə indeksasiya məsələsinin qanunvericilikdə birbaşa tənzimlənmədiyi, bu səbəbdən qanunun analogiyası prinsipinə əsasən “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tətbiqinin mümkün və məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər konkret sadalanmışdır. Bu obyektlər sırasına əmək haqları,pensiyalar, sosial müavinətlər, təqaüdlər,əmanətlər,aliment və dövlət qiymətli kağızları üzrə ödənişlər daxil edilmişdir. Əlavə olaraq, bu maddədə xüsusi olaraq qeyd edilir ki,“İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.” Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri – o cümlədən alqı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar – həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Başqa sözlə, bu Qanun yalnız sosial və əmək yönümlü gəlirlərin və əmanətlərin alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlətin birbaşa müdaxiləsini nəzərdə tutur və məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli borc tələbləri bu dairədən kənardır. Bu baxımdan, ərizəçi Tələbkar təqdim etdiyi indeksasiya tələbi konkret olaraq “vətəndaşın sahibkarlıq fəaliyyətindən (elektronika mağazası) irəli gələn gəliri ilə əlaqəli olduğundan”, bu tələb qanunun 3-cü maddəsində sadalanan indeksləşdirmə obyektlərinə aid edilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da bu aspekt ayrıca vurğulanmışdır ki, “Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır. Bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.” Ərizəçinin tələb etdiyi 1557 manat əsas borc məbləğinin 201,9 faizlə indeksləşdirilərək 4700,58 manata çatdırılması 174 nömrəli Qanunun 3-cü maddəsinin predmet dairəsinə aid deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki borc öhdəliyi, indeksasiya hüququ verən sosial gəlir kateqoriyasına daxil deyil, məhz elə bu səbəbdən, qanunun analogiyası əsasında belə, tələb olunan indeksasiyanın bu halda tətbiq edilməsi hüquqi əsasdan məhrumdur.“Halbuki, qanunverici bu kimi tələbləri də indeksasiyaya aid etmək istəsəydi, onları da ayrıca qeyd edərdi. Latın hüquq prinsipinə əsasən: ubi lex voluit, dixit; ubi noluit, tacuit – yəni, ‘qanun harada istədi – dedi, harada istəmədi – susdu’. Bu isə o deməkdir ki, bu hallarda indeksasiya tətbiqi qanunvericilik niyyətinə uyğun deyil.” Nəticə etibarilə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki-hüquqi pul öhdəliyinin indeksləşdirilməsi barədə tələb, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan indeksasiya obyektlərinə daxil olmadığından, qanunvericilikdə müəyyən edilmiş əsaslardan məhrumdur və bu səbəbdən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

Tələbkar Şirvan Şəhər Məhkəməsinin 2(032)-140/2014 saylı, xx.xx.2014-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar