Məhkəmə qərarları › İş №8(032)-15/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-15/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-15/2025 12.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Borclu iştirakı ilə , Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)- 132/2011 saylı icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı əsasən Borclu hər ay bütöv qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdrında, verilsin xx.xx.2011-ci ildən başlayaraq , xx.xx.2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. Belə ki, iş üzrə Borclu icra sənədi üzrə hazırda 17560 manat aliment borcu mövcuddur və onun ölkədən getməsi icra sənədinin icrasına maneələr yarana bilər, bunun isə öz növbəsində icra sənədinin mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədinin icrasından yayınmır. Lakin hazırda işləmədiyindən ödəniş edə bilməmişdir. Belə ki, əvvəllər Xankəndi-Ağdam layihəsində işləmiş, sonradan ixtisarlar olduğundan işdən çıxarılmış, artıq 4 aydır ki, işsizdir. Sonuncu dəfə 2018-ci ildə ölkə hüdudlarından kənara çıxmışdır. Aliment borcunun məbləğinin çox olması ona aydın deyil, çünki onun aylıq maaşından aliment ödənişləri tutulmuşdur. Həmçinin o, əlavə ödənişlər də etmişdir ki, həmin ödənişlər hesaba alınmamışdır. Lakin hazırda bununla bağlı səndləri məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru və tələbkar məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu hər ay bütöv qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdrında, verilsin xx.xx.2011-ci ildən başlayaraq , xx.xx.2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2011-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Bildiriş Borclu tərəfindən xx.xx.2011-ci il tarixdə qəbul edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarına giriş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(032)-132/2011 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1980-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar