Məhkəmə qərarları › İş №8(032)-167/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-167/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-167/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, X4 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X1na qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, borcludan xx.xx.2015-ci il tarixdə bağlanmış SUM6522 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 2014 ABŞ dolları məbləğində əsas borcun və 30 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2044 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan X2 nisyə alğı-satqı müqaviləsinin şərtlərinin pozulduğuna görə "xxxx" MMC-nin xeyrinə 2014 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 30 ABŞ dolları cərimə, cəmi 2044 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. X1 480 saylı Hərbi Hissədə rəsmi olaraq işləyir və pensiya alır. Bu barədə Şirvan şəhər İcra və probasiya şöbəsinə dəfələrlə rəsmi olaraq müraciət etmələrinə baxmayaraq borclunun əmək haqqında yönəldilməmiş, nəticədə “İcra haqqında” qanunun 24-cü maddəsi həyata keçirilməmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilərək aradan qaldırılması və məcburi icra tədbirlərinin görülməsi ilə bağlı şikayəti təmin edilməmişdir. Tələbkar "xxxx" MMC məhkəmənin həmin qərardadından şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin 8(032)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025ci il tarixli, 8(032)-167/2025 saylı qərardadın ləğv edilməsi, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar "xxxx" MMC-nin nümayəndəsi və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1369/2016 saylı, 18 may 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan X2 nisyə alğı-satqı müqaviləsinin şərtlərinin pozulduğuna görə "xxxx" MMC-nin xeyrinə 2014 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 30 ABŞ dolları cərimə, cəmi 2044 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi Şirvan regional Qeydiyyat-İmtahan və texniki Baxış Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, X5 məxsus “Mercedes Benz E240” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı məlumat Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində qeyd edilmişdir. ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X1 N nömrəli hərbi hissədə işləməsi məlum olmuşdur. Odur ki, cəmi 524.76 ABŞ dolları məbləğində pulun X1un aylıq əmək haqqından hər ay 30 % miqdarında tutularaq tələbkar "xxxx" MMC-nin hesabına və əlavə olaraq 162 ABŞ dolları məbləğində icra ödənişinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hesabına köçürülməsini xahiş etmişlər. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, borclunun ailə və maddi vəziyyətini nəzərə alaraq X3 əmək haqqından tutulmanın hər ay 20% olmaqla aparılmasına göstəriş verilməsi xahiş olunmuşdur. ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X3 əmək haqqından hazırki vaxta qədər aparılmış tutulmalar (ödəniş tapşırıqlarının surətləri əlavə edilməklə) barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Beləliklə iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraat başlanılmış, lakin uzun müddət ərzində həmin qərarın faktiki icrası təmin edilməmişdir. Şikayətçi "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, borclunun rəsmi gəlirlərinin, pensiya və müavinətlərinin mövcudluğu barədə məlumatlar icra orqanında olmuş, həmçinin borclunun sahiblik etdiyi nəqliyyat vasitələri və digər əmlak barədə də məlumatlar aidiyyəti dövlət reyestrlərində əldə edilə bilən olmuşdur. Bununla belə, icra məmuru tərəfindən borclunun gəlirlərinə yönəlik tutulma tədbirləri tətbiq edilməmiş, borclunun adına olan nəqliyyat vasitələri və digər daşınar və daşınmaz əmlak üzrə məhdudiyyət qoyulması və tutma tədbirləri həyata keçirilməmiş, habelə məhkəməyə təqdimat verilməmişdir. Hazırda "xxxx" MMC Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsini xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 44.1.-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məhmurunun hərəkətsizliyi ilə bağlı şikayətlə Şirvan şəhər Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Şikayətçinin tələbin X1nun əmək haqqına yönəldilməsi ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən məcburi icra tədbiri olaraq tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurlarının vəzifəsidir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1369/2016 saylı, 18 may 2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar