Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-169/2025 06.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov xəlil Elşən oğlunun katibliyi ilə , Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-27/2024 saylı qərardadına əsasən Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi X3 təqdimat ilə məhkəməyə müraciət edərək Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan Şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8i-9633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 8096,74 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu adına **-RG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı nəqliyyat vasitəsinin olduğu məlum olmuş və həmin avtomobilin üzərinə Şirvan şəhər Məhkəməsinin 8(032)-27/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İş üzrə tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC 6-2-22/2-21956/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərərək borcun restruktruzasiya olunduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına borclu, tələbkarın nümayəndəsi və icra məmuru gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8i-9633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X2 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-i Vöen:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (AZE 0*******, xx.xx.2015 – Şirvan; FİN: xxxxxxx; d/t: xx.xx.1973) BPM**********99 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8071 manat 74 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8096 manat 74 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilmiş, Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8i-9633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 8096.74 manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmiş və Şirvan şəhər icra və probasiya şöbəsinə yönəldilmişdir. Təbkar tərəf olaraq bildirilmişdir ki, borc xx.xx.2025-ci il tarixdə restruktruzasiya olunmuşdur. Beləliklə məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlmişdir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi X1 oğlunun təqdimatına əsasən borclu tərəfindən icra vərəqəsi üzrə ödənilməli olan borc məbləği restruktruzasiya olunduğundan, tələbkar icra qeydi üzrə icraata xitam verilməsini xahiş etdiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qəradadına əsasən Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 269-cu maddələrinə əsasən qəraraaldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-25/2024 saylı qərardadına əsasən Borclu məxsus “Hyundai Sonata minik” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-169/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-169/2025
06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver