Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-174/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənovanın təqdimatına Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “Shacman SX3315DR326” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Accent” minik markalı, ** LD *** minik markalı avtomobillərinə üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-65/2025- 012 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 2(032)-65/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə borclu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən hesablanmaqla Borclu hər ay ölkə üzrə müəyyən olunmuş nominal əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində vəsait tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qənbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Shacman SX3315DR326” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Accent” minik markalı, ** LD *** minik markalı avtomobilləri vardır. Borclu xx.xx.2025-ci il tarixinə olan aliment borcu 1109 manat təşkil edir. Borcluya dəfələrlə aliment borcunun ödənilməsilə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. xx.xx.2025-xi il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi məhkəməyə ərizə ünvanlayaraq icra sənədi üzrə aliment borcu Borclu tərəfindən tam ödənildiyindən təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin ərizəsini araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə geri qaytarılsın. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-174/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-174/2025
21.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver