Məhkəmə qərarları › İş №8(032)-178/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-178/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-178/2025 17.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şikayət vermiş şəxs X1 tərəfindən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X1 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il qərarının ləğv edilərək, yenidən icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, şikayət ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, şikayət ərizəsi imzalanmadan məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, şikayət ərizəsi imzalanmadığından və bununla da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verildiyindən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il qərarından şikayət vermiş şəxs X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, şikayət vermiş şəxsə qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü, 264-cü, 266- 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X1 tərəfindən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru İsrafil Mustafayevin xx.xx.2025-ci il qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar