Məhkəmə qərarları › İş №8(032)-180/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-180/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-180/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından tələbkar X2 nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi Şirvan şəhər Məhkəməsinə geri qaytarılmışdır. İcra sənədi üzrə tələbkar X2 nümayəndəsi X5 şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, yenidən icra edilməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o cavabdeh X7 qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , cavabdehdən iddia ərizəsində qeyd etdiyi 35 adda 18303 manat dəyərində cehiz əmlakı və 06 adda 3330 manat dəyərində qızıl-zinət əşyaları , ümumulikdə 21633 manat dəyərində əmlak, əmlak olmadıqda 21633 manat dəyərin xeyinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək , iddia ərizəsində qeyd edilən əmlakın satılmasının və digər qaydada özgəninkiləşdirilməsinin cavabdeh X9 qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şirvan şəhəri, Naxçıvan küçəsi 418 saylı evdə olan əmlakların üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardad dərhal icra edilməsi üçün Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İcra məmuru icra məmuru dərhal icra edilməli olduğu qərardadı vaxtında icra etməmişdir. İcra məmuru vaxtında onu məlumatlandırmadığını görüb anası etibarnamə üzrə nümayəndəm X4 Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə getməsini xahiş etmişdir. Anası xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra Şöbəsinə gedib, onun etibarnamə üzrə nümayəndəsi kimi əmlakların üzərinə həbs qoyulması barədə icra işində iştirak etməsini bildirsə də, icra məmuru İsrafil Mustafayev əmlakların üzərinə həbs qoyulması ilə bağlı icra işində tələbkarın nümayəndəsi kimi anasının iştirakını əsassız və qanunsuz olaraq təmin etməmişdir. Anasına telefon vasitəsi ilə əlaqə saxlayarkən Şirvan şəhərindən Kürdəmir rayonuna qayıtdığını və icra məmuru özü evə baxışa gedəcəyini bildirmiş və o anasından icra işində iştirak etməsini tələb etmişdir. Anası Ramilə icra məmuruna zəng vuraraq əmlakların üzərinə həbs qoyulması ilə bağlı təkrar icra işində iştirak etməsni bildirdikdə, icra məmuru icra işində anasının iştirakını təmin etməkdən imtina etmişdir. Bir müddət sonra anası icra məmuruna zəng vurduqda icra məmuru evə baxış keçirdiyini, əmlakların evdə olmadığını, orada olan əmlakların Asif Əliyevə məxsus olduğunu bildirmişdir. İcra məmuru Asif Əliyevin sözləri əsasında akt tərtib etmiş və tələbkarın iştirakını qəsdən təmin etməmişdir. Ona görə də onun əmlaklarının üzərinə həbs qoymamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tələbkar və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını şikayətin təmin olunmasını xahiş etmiş, məhkəmə şikayətə tələbkarın və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə bütün icra tədbirləri görülmüşdür. Belə ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı təyin olunmuş icra prosesində icra sənədində qeyd olunan ünvanda olarkən, aşkar olunan əmlakların borclu tərəfindən ona məxsus olduğu, icra sənədində qeyd olunana əmlakların olmadığı, tələbkar tərəfindən yazılanların yalan və böhtan olduğu bildirilmişdir. Bununla bağlı borclu izahatında icra sənədində qeyd olunana əmlakların mövcud olmadığı göstərilmişdir. Borcluya icra sənədinin icrasından yayınacağı halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyacağı barədə rəsmi qaydada xəbərdarlıq olunmuşdur. Bu səbəbdən tələbkara məxsus əmlaklar müəyyən olunmadığından icrası mümkün olunmamışdır. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş : Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli qərardadının surətindən görünür ki, ərizə təmin edilmiş, Şirvan şəhəri, Naxçıvan küçəsi 418 saylı evdə iddia ərizəsində qeyd olunan dəyəri 650 manat olan 01 ədəd 5,6 qram, 583 əyarlı, rusiya istehsalı olan (zəncirvari) boyunbağı, dəyəri 480 manat olan 01 ədəd 4 qram, 585 əyarlı, rusiya istehsalı olan incə boyunbağı (klonla birlikdə), dəyəri 500 manat olan 01 cüt 4,2 qram, 583 əyarlı, rusiya istehsalı qırmızı Şirvan şəhəri, Naxçıvan küçəsi 418 saylı evdə iddia ərizəsində qeyd olunan dəyəri 650 manat olan 01 ədəd 5,6 qram, 583 əyarlı, rusiya istehsalı olan (zəncirvari) boyunbağı, dəyəri 480 manat olan 01 ədəd 4 qram, 585 əyarlı, rusiya istehsalı olan incə boyunbağı (klonla birlikdə), dəyəri 500 manat olan 01 cüt 4,2 qram, 583 əyarlı, rusiya istehsalı qırmızı qaşlı sırğa, dəyəri 300 manat olan 01 ədəd 2,5 qram, 583 əyarlı, rusiya istehsalı olan incə qolbaq, dəyəri 600 manat olan 01 ədəd 5 qram, 583 əyarlı, rusiya istehsalı olan paxlava üzük, dəyəri 800 manat olan 01 ədəd 3,4 qram, 585 əyarlı, Türkiyə istehsalı olan briliyant qaşlı nişan üzük, dəyəri 4800 manat olan 01 ədəd yataq dəsti (01 ədəd iki nəfərlik çarpayı, 02 ədəd tumbo, 01 ədəd şifoner, 01 ədəd komot, 01 ədəd termo), dəyəri 1600 manat olan 01 ədəd stol və 6 ədəd stul, dəyəri 900 manat olan 01 ədəd künç divan və onun pufik, dəyəri 600 manat olan 01 ədəd Samsung markalı televizor, dəyəri 400 manat olan 01 ədəd televizor altlığı, dəyəri 300 manat olan 01 ədəd tək divan, dəyəri 1000 manat olan 01 ədəd mətbəx mebeli, dəyəri 1200 manat 01 ədəd eurolux markalı 9 kq-lıq paltaryuyan, dəyəri 150 manat olan 01 ədəd aspirator dəyəri 150 manat, dəyəri 150 manat olan 01 ədəd qabyuyan maşın, dəyəri 100 manat olan 01 ədəd çörəkbişirən (duxovka), ümumi dəyəri 1500 manat olan 05 ədəd kəbə xalça 02 ədədi 500 manat, 02 ədədi 200 manat, 01 ədədi 100 manat), hər biri 120 manat olmaqla 600 manat olan 05 ədəd yorğan- döşək dəsti, birinin dəyəri 100 manat, ikisinin dəyəri 80 manat, ikisinin dəyəri 50 manat olmaqla, ümumi dəyəri 360 manat olan 05 ədəd odeyal, ümumi dəyəri 375 manat olan 10 ədəd pastel dəsti, 05 dəsti 50 manat, 5 dəsti 25 manat olmaqla, hər biri 10 manat olmaqla, ümumi dəyəri 30 manat olmaqla 03 ədəd stolüstü süfrə, dəyəri 300 manat olan 01 ədəd taxt üzlüyü, dəyəri 600 manat olan 01 ədəd servis dəsti, hər birinin dəyəri 100 manat olmaqla, ümumi dəyəri 200 manat olan 02 ədəd güldan dəsti, hər birinin dəyəri 150 manat olmaqla, ümumi dəyəri 900 manat olan 06 ədəd bogema servis, hər birinin dəyəri 200 manat olmaqla, ümumi dəyəri 600 manat olan 03 ədəd qazan dəsti, dəyəri 250 manat olan 01 ədəd qaşıq dəsti, dəyəri 50 manat olan 01 ədəd güldan, hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat olan 03 ədəd qəfədan, dəyəri 150 manat olan 01 ədəd LG markalı tozsoran,dəyəri 50 manat olan 01 ədəd ütü, dəyəri 25 manat olan ütüaltlığı, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 60 manat olan 06 ədəd çaynik, dəyəri 80 manat olan 24 ədəd stəkan-nəlbəki dəsti, dəyəri 70 manat olan 48 ədəd boşqab dəsti, hər birinin dəyəri 18 manat olmaqla ümumi dəyəri 90 manat olan 05 ədəd ləyən, hər birinin dəyəri 15 manat olmaqla, ümumi dəyəri 30 manat 02 dəst aşsüzən, dəyəri 48 manat olan 24 ədəd qaşıq dəsti, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 500 manat olan 05 ədəd pərdə, 34. dəyəri 10 manat olan 01 ədəd zibilqabı, dəyəri 150 manat olan 01 ədəd divar saatı siyahıya alınsın və həmin əmlaklar üzərinə həbs qoyulması, qərardadın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdalığın surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmədiyi təqdirdə borcluya cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 və borclu X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şirvan şəhəri, Naxçıvan küçəsi 418 saylı evdə olan əmlakları siyahıya alınmalı və həmin əmlakların üzərinə həbs qoyulmalıdır.Qeyd edilən icra sənədinin icrası ilə bağlı ünvanda olmuşlar, həmin ünvanda olarkən icra sənədində qeyd olunan əmlakların həmin ünvanda olmadığını icra sənədi üzrə borclu Asif Əliyev bildirmişdir ki, o icra sənədində göstərilən əmlakların tələbkar tərəfindən gətirilmədiyini, orada yazılanların yalan və böhtan olduğunu qeyd etmişdir. Həmçinin həmin evdə olan əmlakların ona və anası Şəlalə Əliyevaya məxsus olduğunu bildirmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarın surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Şirvan şəhər Məhkəməsinə geri qaytarılması haqqında qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi aidiyyəti üzrə icraya yönədilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2025ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qeyd edilən icra sənədinin icrası ilə bağlı icra məmuru və borclu Şirvan şəhəri, ünvan 1 ünvanda olarkən icra sənədində qeyd olunan əmlakların həmin ünvanda olmadığını icra sənədi üzrə borclu Asif Əliyev bildirmişdir ki, o icra sənədində göstərilən əmlakların tələbkar tərəfindən gətirilmədiyini, orada yazılanların yalan və böhtan olduğunu qeyd etmiş, həmçinin həmin evdə olan əmlakların ona və anası Şəlalə Əliyevaya məxsus olduğunu bildirmiş, icra məmuru və borclunun iştirakı ilə akt tərtib olunmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Şirvan şəhər Məhkəməsinə geri qaytarılması haqqında qərar qəbul edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, icra məmuru borclunun izahatına əsasən evdə olan əmlakların tələbkara deyil, məhz borcluya və onun anasına məxsus olduğunu müəyyən etmiş və bununla da, iddiaçı X2 cavabdeh X7 qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi hazırda Şirvan Şəhər Məhkəməsinin icraatında olmasına baxmayaraq, sözügedən mülki işə öncədən hüquqi qiymət vermişdir. Bununla da, icra sənədinin icrasını mümkünsüz hesab edərək əsassız olaraq Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Şirvan şəhər Məhkəməsinə geri qaytarılması haqqında qərar qəbul etmişdir. Halbuki “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək İcra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrindən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi zartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar X2 nümayəndəsi X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi təkrarən icraya yönəldilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutub qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin e-16(032)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar