Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-187/2025 06.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 Borclu iştirakı ilə, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədinə əsasən iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və alimentin tutulması tələbi barədə mülki iş üzrə yekun qətnamə qəbul olunanadək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməlidir. Hazırda Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Səfa Həsənova qeyd olunan icra sənədi üzrə Borclunın məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədinə əsasən iş üzrə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. O, bugünədək cəmi 620 manat ödəniş etmişdir və xx.xx.2025-ci il tarixinə olan aliment borcu 5515 manat təşkil edir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, icra məmuru Səfa Həsənovanın çağırışlarına getmiş, icra sənədinin icrasından yayınmamışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədinə əsasən iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və alimentin tutulması tələbi barədə mülki iş üzrə yekun qətnamə qəbul olunanadək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş Borclu tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 8(032)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədinə əsasən ünvan 3 ünvanında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Hazırkı təqdimatda isə icra məmuru tərəfindən Borclu onun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması qeyd edilsə də, bu barədə hər hansı sübut əlavə olunmamışdır. İcra işinə icraata başlama haqqında qərar, bildiriş, çağırış və xəbərdarlıqlar məktubları əlavə edilsə də, həmin məktubların aidiyyəti üzrə göndərilməsi ilə bağlı (poçt qəbzi, reyestr) sənəd icra işində və məhkəməyə verilmiş təqdimata əlavə edilmiş sənədlərin içərisində aşkar edilməmişdir. Eyni zamanda işin faktiki hallarından göründüyü kimi Borclu məhkəmə iclasının çağırışı üzrə gəlmiş və ifadəsində də bir daha vurğulamışdır ki, icra məmurunun çağırışları üzrə getmişdir. Onun tərəfindən çağırışlardan yayınma halı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1935/2022 saylı icra sənədi üzrə Borclu Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-187/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-187/2025
06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver