Məhkəmə qərarları › İş №8(032)-19/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-19/2024

20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-19/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-1249/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Belə ki, iş üzrə Borclu icra sənədi üzrə hazırda 880 manat məbləğində borcu mövcuddur və o ölkədən getməsi halında icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu və tələbkar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin 2(032)-1249/2023 saylı, 26 sentyabr 2023-cü tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə 110 manat, ümumlikdə 220 manat sabit pul məbləğində aliment tutulmalıdır . 10 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1249/2023 saylı, 26 sentyabr 2023-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 10 oktyabr 2023-cü il tarixli, e2380396/2023-10-23-004 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Elektron məhkəmə portalından görünür ki, Borclu “X8” MMC-də sosial işçi, ictimai işlər vəzifəsində işləməklə 345 manat əmək haqqı alır. Beləliklə, müəyyən olunmuşdur ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1249/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu oğlu işləməklə qazanc əldə edir. Belə olan halda icra məmuru qeyd edilən icra vərəqəsinin icrasının təmin edilməsi üçün tələbi borclunun əmək haqqına yönəldə bilər . «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1249/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə borclunun sabit əmək haqqı almaqla işlədiyini, tələbin borclunun əmək haqqına yönəldilməsi kimi məcburi icra tədbirinin tətbiq olunmaqla hazırkı icra sənədi icrasının mümkünlüyü nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Borclu xx.xx.1986-cı ildə ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar