Məhkəmə qərarları › İş №8(032)-2/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-2/2024

31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-2/2024 31.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, X2 nümayəndəsi Nümayəndə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X8 iştirakları ilə, X2 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru olmuş Cabir Məmmədovun qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi, icra sənədinin yenidən icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X9 qarşı sabit pul məbləğində alimentin tutulması barədə iddiası qismən təmin edilmiş, cavabdeh X6 04 avqust 2007-ci il təvəllüdlü X1 üçün hər ay 60 manat sabit pul məbləğində aliment alınaraq uşağın anası iddiaçı X10 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tələbkar X7 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə xitam verilmişdir. X11 xx.xx.2024-cü il tarixdə şikayət ilə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə övladı X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 60 manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilmiş, icra edilməsi üçün Şirvan şəhər üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu ildə həmin icra sənədi üzrə icraata maddi və prosessual hüquq normaları pozulmaqla, tərəfindən yazılmamasına baxmayaraq sanki onun adından yazılmış əlyazma ərizə əsasında xitam verilmiş və icra vərəqəsi məhkəməyə qaytarılmışdır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərar isə ona rəsmi olaraq təqdim olunmamışdır. X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə tələbkar X7 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xitam verilmiş, icra sənədi icra edildiyi üçün Şirvan şəhər Məhkəməsinə qaytarılmışdır. Şikayətin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tələbkar X7 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə xitam verilmişdir. X7 ərizəsində göstərilmişdir ki, Ramiz Tarverdiyevə qarşı heç bir şikayəti yoxdur. Tələbindən tam olaraq imtina etmişdir. Odur ki, icra vərəqinin icraatına xitam verilməsini xahiş etmişdir. (Tələbkarın nümayəndəsi həmin ərizənin qızı tərəfindən yazılmadığına bildirir) Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 30 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və iş üzrə tələbkar X13 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata xitam verilərək, icra sənədi müvafiq məhkəməyə geri qaytarılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddələrinə əsasən icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyəşikayət verə bilərlər. 20.6-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Hazırki iş üzrə icra sənədi üzrə tələbkar X11 icra şöbəsinə heç bir şikayətinin olmaması ilə əlaqədar ərizə vermiş, icra sənədini icra edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Cabir Məmmədov «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə istinad etməklə Şirvan şəhər Məhkəməsinin 2(032)-4207/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 17 yanvar 2019-cu il tarixli qərar qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən tələbkarın imtinasının məhkəmə tərəfindən qəbul edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, şəxsə tələbindən imtinasının hüquqi nəticələri izah edilməmiş, hazırda isə tərəf ərizənin özü (tələbkar) tərəfindən yazılmadığını mübahisələndirir, icra məmurunun alimentin müvəqqəti dayandırılmasını bildirdiyini və icra şöbəsinə gedib tələbini yenidən icraya yönəldilməsi xahişinə cavab olaraq ondan yönəldilməsi xahişinə cavab olaraq ondan xəbərsiz işə xitam verilməsini bildirir. Beləliklə qeyd olunanlara əsasən məhkəmənin qənaəti belədir ki, icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarı ləğv olunmalı və icra tədbirləri davam etdirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-4207/2016 saylı icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-4207/2016 saylı icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar