Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-2/2025 23.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə , Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1062/2024 saylı icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6197 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcu ödəmədiyi üçün Tələbkar 6197 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqların pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədinin icrasından yayınmır. Belə ki, icra məmuru tərəfindən çağırılsa da ona ödəniş üçün bank hesabı təqdim edilməmişdir. O, tələbkara müraciət etsə də tələbkar ona heç bir kart hesabı təqdim etməmiş, ona icra məmuruna müraciət etməsini, onu narahat etməməsini bildirmişdir. Barəsində olan təqdimatın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1062/2024 saylı icra sənədinin icrası ilə əlaqədar 2024-cü ilin oktyabr ayında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə çağırılmış, ona hüquq və vəzifələri izah olunmuş, izahatı alınmışdır. Borclu izahatında bildirmişdir ki, 2024-cü ilin noyabr ayının 5-dək ödəniş edəcəkdir, lakin borclu icra sənədini icra etməmişdir. Borclu tərəfindən müraciət olunan zaman ona ödəniş üçün bank hesabını tələbkardan əldə etməsini, onunla əlaqə saxlaya bilmədiyi halda tərəfindən depozit hesabı təqdim olunacağını bildirsə də, borclu tərəfindən sonradan hər hansı müraciət olunmamışdır. Tələbkar ilə əlaqə saxlanılmış, tələbkar borclu tərəfindən borcun aylıq 100 manat olaraq hissə-hissə ödənilməsinə razı olmamış, borcun tam olaraq ödənilməsini tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar məhkəməyə gəlməmiş, lakin tələbkar teleqramla müraciət edərək borcludan şikayətçi olduğunu bildirmiş, qətnamənin icrasının təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia təmin olunmuş, cavabdeh Borclu nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri üçün 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat məbləğində pul alınaraq Tələbkar verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh Borclu dövlət rüsumu üçün ödənilmiş 82 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Bildiriş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Borclu izahatından görünür ki, Borclu izahatında icra sənədi barədə xəbərdar olduğunu, borcu xəstəliyi ilə əlaqədar ödəyə bilmədiyini, icra sənədi üzrə bu günədək ödəniş etmədiyini, noyabr ayının 5-dək 100 manat məbləğində ödəniş ödəyəcəyini bildirmişdir. Tələbkar nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, nümayəndəsi və vəkili olduğu iddiaçı Tələbkar cavabdeh Borclu qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Borclu nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri üçün 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat məbləğində pul alınaraq Tələbkar verilməsi, həmçinin, məhkəmə xərcləri cavabdehə aid edilməsi, cavabdeh Borclu dövlət rüsumu üçün ödənilmiş 82 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Lakin borclu bugünədək məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda Tələbkar Borclu şikayətçi olmaqla məhkəmə qərarının icra edilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1062/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1997-ci ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-2/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-2/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver