Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-21/2025 13.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, 22 yanvar 2018-ci il tarixli icra sənədinə izah verilməsi barədə Şirvan şəhər Qeydiyyat şöbəsinin rəisi Rəşad Hüseynov tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı atalıq faktının müəyyən edilməsi və uşağın ananın himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu 14 fevral 2017-ci ildə anadan olmuş X3 atasının olması və 14 fevral 2017-ci ildə anadan olmuş X3 ananın himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, 22 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, 14 fevral 2017-ci ildə anadan olmuş X3 atasının Borclu olması faktının müəyyən edilməsi, 14 fevral 2017-ci ildə anadan olmuş X3 anası iddiaçı Tələbkar yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsinin rəisi Rəşad Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək 14 fevral 2017-ci ildə anadan olmuş X2 atası hesab olunan şəxsin kimliyi haqqında izah verilməsini və ya məhkəmə qərarının icrasının təmin olunmasına maneə yaradan bu halın aradan qaldırılmasını ehtiva edən qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə görə vətəndaş Tələbkar Şirvan şəhər Qeydiyyat şöbəsinə etdiyi şifahi müraciət zamanı atalıq faktının müəyyən edilməsi barədə qanuni qüvvəsini almış Şirvan Şəhər Məhkəməsinin 22 yanvar 2018-ci il tarıxli, 2(032)-299/2018 saylı qətnaməsini təqdim edərək, atalığı müəyyən etmə faktının dövlət qeydiyyatına alınmasını və şəhadətnamə ilə təmin olunmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, müvafiq məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 atası Borclu hesab edilmişdir. Qeyd olunur ki, atalığı müəyyən etmək haqqında akt qeydi uşaq, ata və ana haqqında məlumat qrafalarından ibarətdir. Ata qrafasında isə onun şəxsiyyətinin müəyyən edilməsi zərurəti ilə əlaqədar adı, soyadı və ata adı barədə məlumatlarla yanaşı həm də sonuncunun şəxsiyyətini təsdiq edən sənəd, doğum tarixi, doğum yeri, yaşayış yeri, vətəndaşlığı və valideynlərinin milliyətinə dair məlumatlar qeyd olunmalıdır. Lakin müvafiq məhkəmə qərarında ata haqqında yalnız soyadı, adı və ata adı göstərilmiş və bu səbəbdən həmin atanın şəxsiyyətinin müəyyənləşdirilməsi mümkünsüz olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şirvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə verərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, ərizəyə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən o, 14 fevral 2017-ci ildə anadan olmuş X2 atasının Borclu olması müəyyən edilmişdir. Məhkəməyə Borclu şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Borclu məhkəmə iclasına gəlməmiş, ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsi barədə Şirvan şəhər Qeydiyyat şöbəsinin rəisi Rəşad Hüseynovun ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, 14 fevral 2017-ci ildə anadan olmuş X2 atasının Borclu olması faktının müəyyən edilməsi, 14 fevral 2017-ci ildə anadan olmuş X2 anası iddiaçı Tələbkar yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin bütün hissələrində “X4” əvəzinə “X6” kimi oxunması kimi qərara alınmışdır. Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş verilmiş nikah akt qeydindən çıxarışdan görünür ki, Borclu ilə Tələbkar Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 194 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mahmudova”, arvada “Mahmudova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş Borclu atası Borclu Şamil oğlu, anası X1r. Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu (Fİn xxxxxxx) xx.xx.1991-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş , Naxçıvan MR Şərur rayonu Oğlanqala kəndində qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələb aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı,habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Oxşar müddəa Mülki Prosessual Məcəlləsində də göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişilirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi həm «İcra haqqında» Azərbaycan Respublikası Qanununun,həm də mülki prosessual qanunvericliyinin tələbinə görə icra sənədinin (və ya qətnamənin) məzmunu aydın, eyni mənalı konkret və səlis ifadə edilmədikdə onun məzmununu dəyişdirmədən izah edilməsi mümkündür. Beləlilkə, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 atası Borclu haqqında məlumatlar aydın və konkret göstərilmədiyindən, həmin icra sənədinin izah edilməsi zərurəti yaranmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 atasının xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş Borclu (FİN xxxxxxx) olması izah edilməli, bununla da ərizə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Ərizə təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-299/2018 saylı, 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 atasının xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş Borclu (FİN xxxxxxx) olması faktı izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-21/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-21/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver