Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-24/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 şəhər Məhkəməsinin 2(032)92/2023 saylı, 09 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən icra sənədində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, iş üzrə Borclu hal-hazırda icra sənədi üzrə 960 manat məbləğində aliment borcu yaranmış və o, ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana bilər, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, hal-hazırda işləmədiyindən o aliment borcunu ödəyə bilmir. Məşğulluğa işlə bağlı müraciət etmişdir. Özü əvvəllər bərbər işləmişdir. İşləsə aliment borcunu ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, iş üzrə Borclu hal-hazırda icra sənədi üzrə 960 manat məbləğində aliment borcu yaranmışdır. Borcundan ödəniş etməmişdir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)92/2023 saylı, 09 yanvar 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 09 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 09 fevral 2023-cü il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxx 1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, S.Qurbanov küçəsi 58 saylı evdə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(032)-24/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-24/2023
06.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver