Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-26/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İcra sənədi üzrə borclu X6, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, X1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1778/2022 saylı qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1778/2022 saylı qətnaməsinə əsasən cavabdeh X3 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 6500 ABŞ dolları pul, vəkil xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu X7 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1778/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə keçirilən məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Belə ki, qeyd edilən məbləği həyat yoldaşının müalicə xərcləri qarşılanmış, müalicə almasına baxmayaraq həyat yoldaşı vəfat etmişdir. Əlavə olaraq "xxxx" ASC-dən kredit götürülmüşdür. Bu səbəbdən borclu olduğu məbləğin ödənilməsi çətinlik yaratmışdır. Lakin borclu olduğu məbləği tam ödəyə bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə Şirvan şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(032)-1778/2022 saylı qətnaməsi ilə qismən təmin edilmiş, ondan qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 6500 ABŞ dolları pul, vəkil xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin mübahisəli iş üzrə qəbul etdiyi qətnamənin tam icra edilməsi onun imkanı xaricindədir. Özünün 3-cü qrup əlilliyi vardır. Hazırda heç bir yerdə işləmir. Qətnamənin hissə-hissə ödənilməsini xahiş edir. Şirvan şəhər üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında iştirak edərək ərizənin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Ərizənin əsaslılığını yoxlayıb, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1778/2022 saylı qətnaməsinə əsasən cavabdeh X3 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 6500 ABŞ dolları pul, vəkil xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim,işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə icra sənədinin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, icra vərəqəsinin hissə-hissə icra edilməsi bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə aktının hissəhissə icra edilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə X6 ərizəsinə, təqdim olunmuş sənədlərə münasibət bildirərək qeyd edir ki, X7 ərizənin əsaslandırdığı hallara dair sübut təqdim etməmişdir. Beləliklə məhkəmə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1778/2022 nömrəli icra sənədinin hissə-hissə icra edilməsi barədə qanunvericilikdə göstərilmiş müstəsna halı müəyyən etmədiyindən, hesab edir ki, icra sənədi üzrə borclu X6 ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1778/2022 nömrəli icra sənədinin hissə-hissə icra edilməsi barədə borclu X6 ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-26/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-26/2023
12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver