Məhkəmə qərarları › İş №8(032)-26/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-26/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-26/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra vərəqəsinə icra sənədi üzrə borclu X2 hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cəmi 440 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində tutularaq tələbkar X5 verilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, iş yeri məlum olduğu üçün tələb onun əmək haqqına yönəldilmişdir. Lakin borclunun əmək haqqı az olduğu üçün qətnamədə nəzərdə tutulmuş alimentin ödənilməsinə yetmir və hər ay tələbkara 316 manat aliment köçürülməsi təmin olunur. Borclu alimenti hər ay vaxtında ödəmədiyi üçün 1845 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu və tələbkar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5480/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq , hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti X2 tutularaq iddiaçı X5 ödənilməlidir. 20 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 20 sentyabr 2023-cü il tarixli, e217710/2023-10-11-003 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Elektron məhkəmə portalından görünür ki, Borclu "xxxx" MMC-də nümayəndə , satış/kommersiya vəzifəsində işləməklə 784 manat əmək haqqı alır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2023 saylı, 20 iyul 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar