Məhkəmə qərarları › İş №8(032)-28/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-28/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-28/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şirvan şəhəri üzrə İcra və X3 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1682/2022 nömrəli icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1682/2022 nömrəli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada dövlət rüsumu üçün 759 manat məbləğində pul alınaraq kreditor Tələbkar ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı onunla əsaslanır ki, icra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına dəfələrlə məhkəmə bildirişi, xəbərdarlıq və çağırış məktubları göndərilməsinə baxmayaraq o, Şirvan şəhər üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Beləliklə də Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, icra sənədində göstərilmiş tələbləri yerinə yetirməyən və borcun vaxtında ödənilməsi barədə edilmiş xəbərdarlıq məktublarına məhəl qoymayan Borclu göstərilən məbləği tam olaraq ödəməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şirvan şəhər Məhkəməsinin 2(032)-1682/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması zərurəti yaranmışdır Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi almasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu”nun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdə üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq edilir. Beləliklə, məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, Şirvan şəhəri üzrə İcra və X3 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1682/2022 saylı icra sənədinə əsasən borclu icra məmurunun yanına məcburi gətirilməsi barədə təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1682/2022 saylı icra sənədinə əsasən borclu Şirvan şəhəri, ünvan 2 ünvanında yaşayan Borclu Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şirvan Şəhər Polis Şöbəsinə tapşırılsın. Şikayət qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar