Məhkəmə qərarları › İş №8(032)-28/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-28/2024

19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-28/2024 19.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, X2 və vəkili Nümayəndə1, Tələbkar, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə əlaqədar X4nın qətnamənin izah olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X7 qarşı uşağın anadan alınaraq atanın himayəsinə verilməsi, ananın valideynlik hüquqlarından məhrum edilməsi və aliment tutulmasının dayandırılması barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X13 atası Tələbkar himayəsinə verilməsi, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsi X5 razılığı olmadan həyata keçirilməsi qət edilmişdir. X4 xx.xx.2024-cü il tarixdə icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ona qarşı “xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşağın anadan alınaraq atanın himayəsinə verilməsi, ananın valideynlik hüquqlarından məhrum edilməsi və aliment tutulmasının dayandırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq uşağın alınaraq himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-22/2023 saylı qətnaməsi ilə Tələbkar iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X9 atası Tələbkar himayəsinə verilməsi, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsi X5 razılığı olmadan həyata keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı olduğundan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-693/2023 saylı qǝtnamǝsi ilə apellyasiya şikayəti təmin edilməmiş iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmiş və icra məmurunun qərarına əsasən iddiaçı ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tutulan alimentin ananın xeyrinə tutulması dayandırılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-22/2023 saylı qətnaməsində alimentin ananın xeyrinə tutulmasının dayandırılması qǝt edilməsə də, icra məmuru həmin qətnamə ilə “X9 atası Tələbkar himayəsinə verilməsinin müəyyən olunması və əsasına istinad edǝrǝk alimentin tutulmasının dayarndırılması barədə qərar qəbul etmişdir. İcra məmuru tərəfindən alimentin onun xeyrinə tutulmasının dayandırılması səbəbi iş üzrə məhkəmə qətnaməsində xx.xx.2014-cü il təvəllüdlü X13 adlı uşağın anadan alınaraq atanın himayasinə verilməsinə dair tələbin olması və qətnamənin qanuni qüvvəsini alması ilə izah edilmişdir. Mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmadığından iş üzrə Şirvan şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(032)- 22/2023 saylı qətnaməsinin “iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan alimentin ananın xeyrinə tutulmasının dayandırılması" hissəsinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonrakı məhkəmə iclasında ərizəçi dəqiqləşmə təqdim edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin “alimentin ananın xeyrinə tutulması” hissəsində izah verilməsini xahiş etmişdir. X3 və vəkili ərizəni müdafiə edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında iştirak edərək ərizənin rədd edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında Tələbkar X5 xeyrinə alimentin tutulmasını Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi və həmin iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən çıxarılan məhkəmə qərarlarını illə əlaqədar alimentin alınması dayandırılmışdır. İzah verilməsi ilə əlaqədar məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, xx.xx.2014-cü il təvəllüdlü X13 atası Tələbkar himayəsinə verilməsi, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsi X5 razılığı olmadan həyata keçirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-693/2023 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(032)-22/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3454/2023 saylı qərarı ilə cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd olunan qətnamə üzrə icraata başlanılmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-30/2024 nömrəli, 02 aprel 2024-cü il qərardadı ilə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında X4nın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin müraciətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmənin müraciət üzrə mövqeyi Şirvan şəhər Məhkəməsinin 2(032)-22/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsində Məhkəmə, irəli sürülmüş tələbin “iddiaçıdan tutulan alimentin dayandırılması hissəsinə” münasibətdə göstərmişdir ki, “iddiaçının uşağın saxlanması üçün tutulan alimentin ananın xeyrinə tutulmasının dayandırılması tələbinə məhkəmə yuxarıda göstərilən qənaəti ilə - artıq 21 iyul 2014cü il təvəllüdlü X13 atası Tələbkar himayəsində saxlanıldığı təqdirdə həmin uşağın saxlanılması üçün alimentin atadan alınması da faktiki olaraq dayanmış olur, belə vəziyyətdə isə artıq iddianın qeyd olunan hissədə təmin olunmasına da lüzum qalmır”. Hazırda sözügedən qətnamə qanuni qüvvəyə minmiş və tələb təmin edilən hissədə müvafiq icra qurumuna göndərilmişdir. İcra qurumunun xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanılmış, hazırda 21 iyul 2014-cü il təvəllüdlü X9 atası Tələbkar yanında saxlanılması, ona verilməsi ilə əlaqədar icra prosesi davam edir. Göründüyü kimi məhkəmə qəbul etdiyi qətnaməsində irəli sürülmüş tələbin tam ətraflı hüquqi dəyərləndirməsini aydın şəkildə göstərmişdir və buna hər hansı izah verilməsinə ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan şikayət qərardad təqdim edildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar