Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-30/2024 02.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Borclu, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X3 iştirakları ilə, Şirvan şəhəri üzrə İcra və X4 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-22/2023 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 22/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X7 atası X2 himayəsinə verilməlidir. Birgə nikahdan dünayay gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X5 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsi Borclu razılığı olmadan həyata keçirilməlidir. Müvafiq icra sənədi xx.xx.2023-cü il tarixdə, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlanılaraq tərəflərə məlumat göndərilmişdir. Borclu həbsdə olduğu üçün cəza müddəti başa çatdıqdan sonra xx.xx.2024-cü il tarixə icraat materialları ilə tanış olmuşdur. İcra tədbirləri nəticəsində əldə olunmuş faktiki hallardan məlum olduğu kimi xx.xx.2014-cü il təvəllüdlü X1 Federasiyasında yaşadığı üçün, uşağın anası, iş üzrə Borclu ölkə hüdudlarını tərk etməsi real görünür. Belə olan halda isə sözügedən qətnamənin icra olunması mümkünsüz ola bilər və tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxara bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış əqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-22/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, uşaq hazırda Rusiya ərazisindədir. Ananın da xaricə, onun yanına getmək ehtimalı realdır. Odur ki, bu hal qətnamənin gələcək icrasını sual altına aldığından və çətinlik yaratdığından təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, Borclu tələblərin könüllü icrası barədə bildirişlər göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə qərarın icrasının təmin edilməməsini, məhkəmə qərarının əsas predmetini, iş üzrə diqqətəlayiq halları, icra prosedurunu nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və hazırki zamanda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması zəruridir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-22/2023 nömrəli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-30/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-30/2024
02.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver