Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-30/2025 28.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsinə dair X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar X13, X22 cavabdehler X14, X8 və X9 qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, atalarından miras qalmış mülkiyyətlərində olan Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadagan edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun və eləcə də, vəkil xidmətləri üçün banka ödənilən 120 (bir yüz iyirmi) manat məbləğində xərcin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X14, X8 və X19 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələr aradan qaldırılması, X15 və X22 həmin evə köçürülməsi, iddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 120 manat pul cavabdehlər X14, X8 və X4 alınaraq iddiaçılar X15 və X16 verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru X5 tərərindən Şirvan şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən icra edilmişdir. Belə ki, cavabdehlər X14, X8 ve X19 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələr aradan qaldırılması, X15 və X22 həmin evə köçürülməli, iddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 120 manat cəmi 220 manat pul cavabdehler X14, X8 və X4 alınaraq tələbkar X15 və Şamedov Arif ǝrǝstun oğluna verilməsi barədə icra məmuru tərəfindən xx.xx.2024cü il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarın icrası ilə əlaqədar dəfələrlə icra məmuruna müraciət etməyimə baxmayaraq, qətnamənin iddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vakil xidmət haqqı olaraq 120 manat comi 220 manat pul cavabdehler X17, X10 ve X6 alınaraq telǝbkar X15 ve X18 verilməsi hissəsi icra edilmiş, cavabdehler X14, X11 və X20 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələr aradan qaldırılması, X15 ve X22 həmin evə köçürülməsi hissəsi icra edilmədən qalmışdır. İcra məmuru tərəfindən icra vərəqəsi icra edilərkən tərəflər evə daxil olmaqla akt tərtib edilmiş, sonradan evdən çıxdıqdan sonra borclular məhkəmə qərarının icra edilməsinədən yayınmaqla onu evə buraxmırlar. Bu halların və qətnamədə qeyd edilən maneələrin aradan qaldırılması icra məmuru tərəfindən icra edilməmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinə daxil ola bilmir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X12 izahatında bildirmişdir ki, tələbkarlar icra sənədi üzrə icraata xitam verildikdən sonra Rusiya Federasiyasına köçmüşlər, qayıtdıqda isə artıq cavabdehlər buna maneəçilik törətmişlər. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(032)-829/2023 saylı qətnaməsi ilə iddiaçılar X13, X7 cavabdehlər X14, X8 və X9 qarşı fərdi yaşayış evinə köçürülmə və evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X14, X8 və X19 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələrin aradan qaldırılması, X15 və X7 həmin evə köçürülməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru Mirtaleh Muradlı “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, cavabdehlər X14, X8 və X19 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələrin aradan qaldırılmalıdır. X15 və X22 həmin evə köçürülməlidir. İddianın baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 120 manat, cəmi 220 manat pul cavabdehlər X14, X8 və X4 alınaraq tələbkar X15 və X16 verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər X14, X8 və X19 tərəfindən Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə ilə bağlı olunan maneələrin aradan qaldırılması, X15 və X7 həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı tərəflərə məlumat verilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5 və 20.2-ci bəndinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi zartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmənin mövqeyi; Məhkəmə qətnaməsinin icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qətnaməsinin icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qətnaməsi vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qətnamə vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qətnaməsinin hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(032)-829/2023 saylı qətnaməsi üzrə üzrə borclunun icranı təmin etməyə yönəlmiş ilkin hərəkətləri qətnamənin hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməmiş və buna görə də məhkəmə qətnaməsi düzgün icra olunmamışdır. Odur ki, 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-30/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-30/2025
28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver