Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-32/2024 15.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-727/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 3906.05 manat məbləğində pul alınaraq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra tədbirləri zamanı Borclu mülkiyyətində “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar edilmiş və tələb Şirvan şəhər Məhkəməsinin 8(032)-94/2018 saylı, xx.xx.2018-ci il tarixli qərar ilə həmin avtomobilə yönəldilmişdir. İcra sənədində göstərilən borc tam olaraq ödənilmiş və “İcra haqqında “ Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Şirvan şəhər Məhkəməsinin 2(032)-727/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X1 3327 manat 05 qəpik əsas borc, 422 manat faiz borcu, 127 manat məbləğində xərimə, cəmi 3876 manat 05 qəpik məbləğində pul alınaraq iddiaçı Tələbkar ASC-yə verilməlidir. Şirvan şəhər Məhkəməsinin 8(032)-94/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla Şirvan şəhər Məhkəməsinin 2(032)-727/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tələbkar ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-727/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə üzrə banka olan borcunu tam ödəmişdir. Borclu qətnamə üzrə heç bir borcu yoxdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrini rəhbər tutaraq icra sənədinin icrasına xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-94/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin 8(032)-94/2018 saylı, xx.xx.2018-ci il qərardadı ilə Borclu məxsus “Hyundai Accent” minik markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-32/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-32/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver