Məhkəmə qərarları › İş №8(032)-33/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-33/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-33/2023 26.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şirvan şəhəri üzrə İcra və X1 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2408/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu2 və Borclu1 20375.90 ABŞ dolları məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu2 və Borclu1 adına yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir, həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Borclu2 və Borclu1 borcu ödəmədiyi üçün 20375.90 ABŞ dolları borcu mövcuddur. xx.xx.2015-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu2 və Borclu1 borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə müvafiq qətnamənin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)- 2408/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu2 və Borclu1 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin tərəfindən təqdimatın baxılmamış saxlanılması barədə ərizə daxil olduğundan hazırki zamanda təqdimatın baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və yuxarıda qeyd olunanları nəzərə alıb, QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və X1 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)- 2408/2015 nömrəli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı baxılmamış saxlanılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar