Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-34/2023 19.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhər Məhkəməsinin 2(032)-1847/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclular Borclu1, X1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Abbasov borclular Borclu1, X1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmuru təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, Cavid Abbasovun təqdimatı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şirvan şəhər Məhkəməsinin 2(032)-1847/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclular Borclu1, X1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Cavid Abbasovun təqdimatı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-34/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-34/2023
19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver