Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-34/2024 16.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 704/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcu ödəmədiyi üçün tələbkar X2 1100 manat aliment borcu mövcuddur. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıqlar olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu ödəməyərək tələbkarın qanunla qorunan hüquqların pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun tələblərini yerinə yetirməməklə müvafiq icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu və tələbkar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 19 aprel 2023-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. 19 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 19 sentyabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. 11 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı xəbərdalıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-704/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(032)-34/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-34/2024
16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver