Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-35/2023 26.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1708/2022 nömrəli icra sənədinə əsasən tələbin Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1708/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 4650 manat məbləğində pul vəsaiti və 66 manat 50 qəpik dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə verilməsi qət olunmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1708/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 4650 manat məbləğində pul vəsaiti və 66 manat 50 qəpik dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASCyə verilməsi qət olunmuşdur. Həmin icra sənədinin icrası ilə əlaqədar Borclu əmlak vəziyyətlərini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular edilmiş və Borclu adına qeydiyyata alınmış ** CT *** dövlət qeydiyyat nişanlı “Hyundai H1” markalı və ** BF *** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı avtomobillər aşkar olunmuşdur. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45.1-ci və 50-ci maddələrinə əsaslanaraq tələbin iş üzrə Borclu məxsus ** CT *** dövlət qeydiyyat nişanlı “Hyundai H1” markalı və ** BF *** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaklara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək ** CT *** dövlət qeydiyyat nişanlı “Hyundai H1” markalı nəqliyyat vasitəsi ilə ailəsinin qazancını çıxardığını, ** BF *** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı nəqliyyat vasitəsini qardaşının idarə etdiyini, borcunu ödəmək üçün 10 gün vaxt istədiyini bildirmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu adına "Hyundai H1" markalı, ** CT *** və “VAZ 21061” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Məhkəmə təqdimatı, tərəfin mövqeyini, iş üzrə mövcud borc məbləğini nəzərə alıb hesab edir ki, təqdimat qismən təmin edilməli, "Hyundai H1" markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. O ki, qaldı şəxsə məxsus əmlakı onun sahibindən alınaraq duracağa qoyulmasına, məhkəmə hesab edir ki, bu hissədə təqdimatın təmini şəxsin hüquqlarının hədsiz və lüzumsuz məhdudlaşmasına səbəb olar. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus "Hyundai H1" markalı, ** CT *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qalan hissədə təqdimat təmin edilməsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-35/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-35/2023
26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver