Məhkəmə qərarları › İş №8(032)-35/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-35/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-35/2025 12.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmovun təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-95/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “BMW minik ” markalı, ** FQ *** dövlət qeydiyyat qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi İlkin Rüstəmov təqdimat ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)- 95/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “BMW minik” markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1260/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən borclular X1, X2 və Borclu müştərək qaydada 11909,04 manat məbləğində pulun alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Borclunun əmlakının axtarışı zamanı Borclu adına ** FQ *** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı nəqliyyat vasitəsi qeydiyyata alındığı aşkar edilmiş və verilmiş təqdimat əsasında Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)- 95/2024 saylı qəradadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar ASC şöbəyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, icra sənədi üzrə borc məbləği qalmamışdır. Məhkəmə iclasına borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin 2(032)-1260/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən borclular X1, X2 və Borclu müştərək qaydada 11909,04 manat məbləğində pulun alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-95/2024 saylı qəradadının surətindən görünür ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin təqdimatı qismən təmin edilmiş, Borclu məxsus “BMW minik ” markalı, ** FQ *** dövlət qeydiyyat qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qoyulmuşdur. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Tələbkar ASC-yə ünvanladığı 14 fevral 2025-ci il tarixli 744 nömrəli məktubun surətindən görünür ki, borclular X3, X5 və Borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-1260/2016 saylı, xx.xx.2016-ci il tarixli icra işi üzrə Tələbkar ASC qarşısında heç bir öhdəliyi qalmamışdır. Tələbkar ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Tələbkar ASC-nin Şirvan filialından xx.xx.2015-ci il tarixində 021CASA152660002 saylı kredit müqaviləsi üzrə 10779.08 manat məbləğində verilmiş kredit üzrə öhdəlik yoxdur. Beləliklə məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlmişdir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin rəisi X4 təqdimatına əsasən borclu tərəfindən icra vərəqəsi üzrə ödənilməli olan borc məbləği tam ödənildiyindən, Borclu mülkiyyətində olan “BMW minik ” markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət qalmadığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-95/2024 saylı qəradadına əsasən Borclu məxsus məxsus “BMW minik” markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli, bununla da təqdimat təmin olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-95/2024 saylı qərardadına əsasən Borclu məxsus məxsus “BMW minik ” markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar