Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-36/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 şəhər Məhkəməsinin 2- (032)-252/2016 saylı,03 fevral 2016-cı il tarixli icra sənədinə əsasən icra sənədində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlayaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər Borclu borcunu ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə müvafiq qətnamənin icradan yayınmışdır. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, iş üzrə Borclu hal-hazırda icraatında başqa icra sənədləri üzrə borcları vardır. Hazırkı icra sənədi üzrə borcluya tələbin könüllü icra edilməsi haqqında bildiriş göndərmiş, borclunun izahatı alınmış, borclunun yaşadığı ünvanda olaraq tələbin yönəldə biləcək əmlakın olmaması barədə 19 may 2023-cü il tarixli akt tərtib etmişdir. Borclu borcundan ödəniş etməmişdir. Borclu bir neçə dəfə xarici ölkəyə getmişdir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, borclu bu vaxtadək borcundan cəmi 50 manat ödəniş etmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş borclu məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)252/2016 saylı,03 fevral 2016-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 2999 manat 56 qəpik məbləğində əsas borc, 1382 manat 69 qəpik kreditdən istifadəyə görə faiz borcu, 84 manat məbləğində penya, cəmi 4466 manat 25 qəpik məbləğində pulun alınaraq iddiaçı Tələbkar ASC-nə verilməsi, cavabdeh Borclu dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ASC-nə verilməlidir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 21 fevral 2018-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 21 fevral 2018-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli aktdan görünür ki, tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. İş materiallarında olan Borclu 19 may 2023-cü il tarixdə verdiyi izahatında bildirdmişdir ki, borcu tam şəkildə ödəməyə imkanı yoxdur, lakin ödəməkdən boyun qaçırmır. Heç bir yerdə işləmir. Maddi vəziyyəti pisdir. Borcu hissə-hissə hər ay 50-100 manat məbləğində ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxxxxx 1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi 19 saylı evdə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(032)-36/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-36/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver