Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-37/2024 03.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********372200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********372200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20772,7 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********372200 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20772,7 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra tədbirləri zamanı Borclu adına ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı nəqliyyat vasitələrinin olduğu məlum olmuşdur. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45.1-ci və 50-ci maddələrinə əsaslanaraq tələbin iş üzrə Borclu məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq tələbin həmin əmlaklara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia ərizəsi üzrə icraat hal-hazırda Şirvan İnzibati Məhkəməsində 2-1(120)-3141/2024 saylı işi üzrə davam etməkdədir. Həmin məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 14:20-ə təyin edilmişdir. Hazırda icraatda olan işin gedişatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan məhkəmə icraatı üzrə qəbul ediləcək yekun məhkəmə qərarından asılı olduğuna görə məhkəmə işinin icraatının dayandırılması zərurəti yaranmışdır. Odur ki, işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru hazırki məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə Borclu tərəfindən 20772,7 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2023-cü il tarixdən icraya yönəlməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu adına Borclu adına ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu su daşı markalı, ** BD *** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” yük markalı nəqliyyat vasitələri vardır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı, tərəfin mövqeyini, iş üzrə mövcud borc məbləğini nəzərə alıb hesab edir ki, təqdimat qismən təmin edilməli, ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. O ki, qaldı borclunun nümayəndəsinin icraatının dayandırılmasına dair vəsatətinə, bununla əlaqədar məhkəmə xatırladır ki, həyata keçirilən tədbirlər icra prosesi ilə əlaqədar olub, səlahiyyətli orqanın qərarının qanunamüvafiq qaydada icrasının təmin edilməsini nəzərdə tutmaqla, müvəqqəti xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı “UAZ 3962” yük markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qalan hissədə təqdimat təmin edilməsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-37/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-37/2024
03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver