Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-38/2024 09.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin idarə heyətinin sədri X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər 1 Saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən verilmiş 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu BOKT "xxxx" MMC-nin xeyrinə 130 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun 18 mart 2024-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. X11 Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinin sədri X2 şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisi tərəfindən Borclu barəsində 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 130 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun icraatına daxil olmuş, ondan sonra icra məmuru Rəşadət Yusifov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələbini rəhbər tutaraq 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini 18 mart 2024-cü il tarixdə geri qaytarılması barədə şərar qəbul etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 8i-6892 saylı, xx.xx.2023-cü tarixli icra sənədinin 18 mart 2024-cü il il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun icraatında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair icra işlərinin geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə “İcra haqqında” Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan imtina etmişdir. Bundan başqa, icra məmuru tərəfindən geri qaytarılmış icra sənədləri ilə bağlı borclunun izahatı alınmamış, həmçinin qəbul edilmiş qərarında hər hansı əsaslandırma aparmamış “İcra haqqında” Azərbaycan Respublikasının 23.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütün tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin icra məmuru ərazi üzrə nümayəndəyə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümumiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmaması ilə əlaqələndirmişdir. Ən sonda qeyd edir ki, cəmiyyətə aid icra sənədləri üzrə borc məbləğləri həmin borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən aşağı məbləğ təşkil edir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-38/2024 saylı qərardadı ilə Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə X11 Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinin sədri X6 tərəfindən verilmiş şikayət təmin təmin edilməmişdir. X11 Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinin sədri X6 məhkəmənin həmin qərardadın şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(106)-37/2024 saylı qərardadı ilə tələbkar "xxxx" MMC-nin şikayəti qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli, 8(032)-38/2024 saylı qərаrdadı ləğv edilməsi, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Şirvan şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş X11 Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinin sədri X6 elektron ərizə göndərərək Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 8İ-6892 №-li icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini, həmçinin təyin olunacaq məhkəmə iclasını cəmiyyətin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Borclu məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə tələbkarln nümayəndəsinin və borclunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 şikayəti əsassız hesab edərək bildirdi ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün İcra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclunun izahatı alınmış, müvafiq qaydada sorğular verilmiş, lakin borcun yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin borclu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə dəvət olunaraq qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmayaraq bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədi icra olunmadığından icraat dayandırılaraq sənədi verən orqana geri qaytarılmışdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahatını dinləyib, şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i- 6892 saylı, xx.xx.2023-cü il tarixli icra qeydində qeyd edilmişdir ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1075, ünvan 2 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-i VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu (AZE ********, xx.xx.2017 – Şirvan; FİN: xxxxxxx; d/t: xx.xx.1990) **********0 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 65 manat 75 qəpik (altmış beş manat yetmiş beç qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu 39 manat 25 qəpik (otuz doqquz manat iyirmi beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 130 manat (yüz otuz bir) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında məlumatın surətindən görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Borclu yazılı izahatının surətindən görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 130 (yüz otuz) manat məbləğində pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməldir. Sözügedən icra sənədi üzrə hazırda ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmiş, icra məmuru ona hüquq və vəziflərini izah etmiş, yaranmış borcun ödənilməsini ondan tələb etmişdir. Borcun ödənilməsindən boyun qaçırtmır, lakin işsiz və bu səbəbdən də maddi vəziyyəti aşağı olduğu üçün borcu birdəfəlik ödəmək imkanı yoxdur. Bu səbəbdən icra sənədində qeyd edilən borcu hissə-hissə ödəməyə icazə verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, adına heç bir daşınar və ya daşınmaz əmlak, aidyyəti təşiklatlarda qiymıtli kağız və ya əmanətləri yoxdur. Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu əmlak və gəliri aşkar olunmamışdır. Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Borclu yaşadığı ünvan 3 ünvanında tələbin yönəldə biləcəyi əmlak aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmadığından, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyindən icra sənədinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun qaytarılması qərara alınmışdır. İcra sənədinin qaytarılması haqqında qərar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin idarə heyətinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər 1 Saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən verilmiş 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 BOKT "xxxx" MMC-nin xeyrinə 130 (yüz otuz) manat məbləğində pul tutulmalıdır. İcra qeydi icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı tərəflərə məlumat verilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. Xitamın əsası olaraq icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmaması, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməməsi olmuşdur. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifoun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifoun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6892 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №8(032)-38/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-38/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver