Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-39/2023 31.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şirvan şəhəri üzrə İcra və X5 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2408/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə borclu X3 və Borclu 20375.90 ABŞ dolları məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin Elxan Fərəcovun və Borclu adına yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir, həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. X7 və Borclu borcu ödəmədiyi üçün 20375.90 ABŞ dolları borcu mövcuddur. xx.xx.2015-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş borclu tərəfindən qəbul edilməsinə, daha sonra xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər X7 və Borclu borcunu tam ödəməyərək tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə müvafiq qətnamənin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular X4 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi təqdimatının təmin edilməsini xahiş etdi. Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, məhkəmə iclasını Borclu və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirməsi mümkündür. Məhkəmə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki,icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, Borclu tələblərin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Yuxarda göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2408/2015 nömrəli icra sənədinə əsasən ünvan 1 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-39/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-39/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver