Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-39/2024 26.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə X1 Kredit Təşkilatı "xxxx" MMC-nin Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 8İ-6872 saylı, 25 avqust 2023-cü il tarixli icra sənədinin 18 mart 2024-cü il tarixdə geri qaytarılması barədə qərarının ləğv edilməsi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şikayətə görə Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən Borclu barəsində 8İ-6872 saylı, 25 avqust 2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 214 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Rəşadət Yusifovun icraatına daxil olmuş, ondan sonra icra məmuru R.Yusifov tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələbini rəhbər tutaraq 8İ-6872 saylı, 25 avqust 2023-cü il tarixli icra sənədini 18 mart 2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Rəşadət Yusifovun icraatında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə dair icra işlərinin geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə “İcra haqqında” Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud surətdə pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan imtina etmişdir. X1 Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, icra qeydi üzrə Borclu tərəfindən borc məbləğinin tam şəkildə şikayət verilən müddətdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına ödənilmişdir. Odur ki, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq hazırda Bakı şəhərində müalicə aldığından, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən ərizənin baxılmadan geri qaytarılması barədə ərizə daxil olduğundan hazırki zamanda ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və yuxarıda qeyd olunanları nəzərə alıb, QƏRARAALDİ: X1 Kredit Təşkilatı "xxxx" MMC-nin Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 8İ-6872 saylı, 25 avqust 2023-cü il tarixli icra sənədinin 18 mart 2024-cü il tarixdə geri qaytarılması barədə şikayəti baxılmamış saxlanılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №8(032)-39/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-39/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver