Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(032)-4/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Borclu Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədlinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Məmmədli təqdimatla məhkəməyə müraciət edərək, borclu Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məxsus “Toyota Camry” minik markalı, ** AA *** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsindən “KHAZAR SD" minik markalı, 99PX- 419 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1125.95 manat pul vəsaiti alınaraq tələbkar X1 ödənilməlidir. İcra tədbirləri zamanı Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsinin mülkiyyətində “Toyota Camry" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar edilmiş və Şirvan Şəhər Məhkəməsinin 2(032)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində göstərilən tələb tam olaraq ödənilmiş və "İcra Haqqında" AR Qanununun 20.1.5-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli qərarla icra işinə xitam verilmişdir. Borclu Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki; Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən “KHAZAR SD” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1095 manat və ödənilmiş dövlət rüsumuna görə 30,95 manat pulun alınaraq iddiaçı X1 ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məxsus “TOYOTA CAMRY” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. X2 tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, 1125,95 manat məbləğində pul Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi tərəfindən tam ödənilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-283/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə hesab edir ki, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi tərəfindən cərimə tam ödənildiyindən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)- 110/2024 saylı qərardadı ilə Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məxsus olan “TOYOTA CAMRY” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 8(032)-110/2024 saylı, xx.xx.2024-cü il qərardadı ilə borclu Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məxsus “TOYOTA CAMRY” minik markalı, **-AA-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(032)-4/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(032)-4/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver